Icma.az
close
up
RU
Braziliyada G20 sammiti başlayır

Braziliyada G20 sammiti başlayır

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Braziliyanın Rio-de-Janeyro şəhərində 20 ölkədən ibarət G20 qrupunun iki günlük sammiti başlayır. SİA xəbər verir ki, tədbirə G20 ölkələrinin və bəzi digər dövlətlərin liderləri, o cümlədən Anqola, Boliviya, Qətər, Kolumbiya, Misir, Malayziya, Nigeriya, Sinqapur və Vyetnamın rəhbərləri dəvət olunub.

Braziliya sədrlik dövrü üçün əsas mövzular kimi davamlı inkişaf, qlobal idarəetmə və institutların, o cümlədən BMT, Beynəlxalq Valyuta Fondu (BVF) və Ümumdünya Ticarət Təşkilatının islahatlarını, sosial inteqrasiyanı və aclıqla mübarizəni seçib.

Noyabrın 18-də Braziliyanın təklif etdiyi Aclıq və Yoxsulluqla Mübarizə üzrə Qlobal Alyansının rəsmi təqdimatı planlaşdırılıb. Alyansın məqsədi, xüsusilə ən həssas regionlarda ərzaq təhlükəsizliyinin təminatı üçün ölkələri, beynəlxalq təşkilatları və özəl sektoru hərəkətə keçirməyə təşviq etməkdir.

Braziliya həmçinin, bəyanata Ukrayna və Yaxın Şərqdəki münaqişələrin sülh yolu ilə həlli çağırışını da daxil etmək istəyir. "Sülhün təmin edilməsi barədə mesaj yalnız konkret münaqişəyə deyil, bütün münaqişələrə aiddir. Bu, Braziliyanın qlobal idarəetmə islahatlarına verdiyi önəmi təsdiqləyir. Bizə sülh lazımdır ki, beynəlxalq cəmiyyətin əsas hədəflərinə, yəni yoxsulluqla mübarizəyə və davamlı inkişafın irəlilədilməsinə, o cümlədən iqlim dəyişikliyi ilə mübarizəyə diqqət yetirə bilək", - sammitöncəsi Braziliyanın şerpası (G20 üzvü olan ölkənin liderinin etibarlı adamı-red) Maurisio Liriu bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Noyabr 2024 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see164

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see154

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see148

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see141

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see131

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see129

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see124

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see121

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see120

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see119

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see119

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see119

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see119

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see119

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see118

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see118

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see118

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see117

Saul Niqes Trabzonspor a keçmək imtina etdi Özündən küssün

21 İyul 2025 20:07see116

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri