Braziliyadakı qəbilə meşədən çıxdı Dünyada nadir hadisə
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Braziliyanın şimal-şərqində yerləşən Maranyan əyalətində qeyri-adi hadisə yaşanıb.
Axşam.az xəbər verir ki, uzun illərdir müasir dünyadan təcrid olunmuş şəkildə yaşayan Ava-Quaja yerli icmasının nümayəndələri meşəni tərk edərək Quajajara xalqının yaşadığı Tavari kəndinə gəliblər.
Təxminən 20 nəfərin iştirak etdiyi qarşılaşmada kişilər, qadınlar və uşaqlar olub. Kənd sakinlərinin lentə aldığı kadrlarda qəbilə üzvlərinin bəzilərinin özləri ilə ox və yay gəzdirdiyi əks olunub.
Kəndlilər qonaqlara meyvə və yerarmudu veriblər. Ərzaqları qəbul edən icma üzvləri daha sonra meşəyə geri dönüblər. Bu görüş son illərdə bölgədə baş verən ən diqqətçəkən hadisələrdən biri kimi qiymətləndirilir.
Maranyan Yerli Xalqlar Təşkilatlarının Koordinasiyası nümayəndələri qrupda olan bəzi uşaqların və yaşlıların xeyli arıqladığını, fiziki cəhətdən zəif göründüyünü qeyd ediblər. Onların qida çatışmazlığı ilə üzləşdikləri və kömək axtarmaq üçün kəndə gəldikləri ehtimal edilir.
Digər tərəfdən, ərazidə qanunsuz meşə qırılması, brakonyerlik və kənar müdaxilələr yerli icmaların həyat tərzini və təbii mühitini təhlükə altında qoyur.
Baş verənlərdən sonra Braziliya Milli Yerli Xalqlar Fondu ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib və xüsusi mühafizə qruplarını bölgəyə göndərib. Səhiyyə qurumları ilə birlikdə mümkün böhran vəziyyətlərinə müdaxilə üçün koordinasiya mexanizmi də yaradılıb. Eyni zamanda, əraziyə kənar şəxslərin nəzarətsiz daxil olmasının qarşısı alınıb.
Rəsmilər bildiriblər ki, xarici dünya ilə əlaqəsi olmayan yerli icmaların adi yoluxucu xəstəliklərə qarşı immun müdafiəsi zəifdir. Bu səbəbdən onlarla təsadüfi təmas belə ağır, hətta ölümcül nəticələrə gətirib çıxara bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 18 Noyabr 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















