Braziliyadan ABŞ a təhdid: Oxşar cavabımız olacaq
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Braziliya ABŞ prezidenti Donald Trampın idxala 50 faizlik gömrük rüsumunun tətbiqi qərarını cavabsız buraxmayacaq".
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu sözləri Braziliya prezidenti Luiz İnasio Lula da Silva deyib.
Onun sözlərinə görə, Trampın bu qərarı ədalətli sayıla bilməz: "Biz ABŞ-ın Braziliyanın İqtisadi Qarşılıqlılıq Qanunu çərçivəsində tarifləri birtərəfli qaydada artırmaq addımlarına cavab verəcəcəyik, özü də eyni qaydada. Braziliya başqa heç bir ölkənin maraqları üçün alət kimi istifadə oluna bilməz. Biz müstəqil qurumlara malik suveren bir ölkəyik. Unutmasınlar, ABŞ-ın son 15 ildə Braziliya ilə təxminən 410 milyard dollarlıq ticarət profisiti var. Buradan deyirəm: yerli və ya xarici bütün şirkətlər ölkəmizdə fəaliyyət göstərmək üçün Braziliya qanunlarına riayət etməlidir. Buna görə də hər hansı birtərəfli tarif artımı Braziliya İqtisadi Qarşılıqlılıq Qanununa uyğun aparılacaq. Suverenlik, hörmət və Braziliya xalqının maraqlarının sarsılmaz müdafiəsi bizim əsas məqsədimizlərdəndir".
Xatırladaq ki, Trampın yeni tarif tətbiqi avqustun 1-dən qüvvəyə minəcək.
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 10 İyul 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















