Braziliyalı mütəxəssislər təyyarə qəzasının yerini öyrənmək üçün Qazaxıstana gələcəklər Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Braziliyanın Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin (CENIPA) nümayəndələri Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsinin Aktau şəhərində qəzaya uğradığı yeri öyrənmək üçün yaxın günlərdə Qazaxıstana gələcək.
BAKU.WS xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi öz saytında məlumat yayıb.
"Yaxın günlərdə CENIPA nümayəndələrinin ölkəmizə səfəri gözlənilir", - nazirliyin açıqlamasında bildirilir.
Respublikanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə uyğun olaraq artıq Embraer istehsalat zavodunun xüsusi nümayəndələri Aktauya gəliblər. İstintaq komissiyası təyyarənin qəzaya uğradığı yerə gedib və görüləcək işləri müəyyənləşdirib.
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus Qroznıya gedən "Embraer 190" təyyarəsi Aktau şəhərindən 3 km aralıda qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər xəsarət alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 27 Dekabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















