Bred Pittə övladlarından ağır zərbə Atalarının soyadından imtina etdilər
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Hollivudun əfsanəvi cütlüklərindən olan Bred Pittvə Ancelina Coli arasındakı 10 illik məhkəmə savaşı və övladlarının qəyyumluğu uğrunda mübarizə başa çatır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin tanınmış “Page Six” nəşri məlumat yayıb.
Məlumata görə, iyulun 12-də cütlüyün kiçik övladları – əkizlər Vivyen və Noks 18 yaşını qeyd edəcəklər.
Bu ad günü həm də onların valideynləri arasında 2016-cı ilin sentyabrından bəri davam edən rəsmi qəyyumluq müqaviləsinin hüquqi qüvvəsini itirməsi deməkdir. İndiyədək qüvvədə olan qərara əsasən, əsas qəyyumluq Colidə idi, Pitt isə azyaşlı uşaqlarını görmək hüququna sahib idi. Artıq əkizlər də yetkinlik yaşına çatdığı üçün Bred Pittin övladları üzərində heç bir hüquqi sərəncamı qalmır. Bundan əlavə, övladlarının bir neçəsi də onun soyadından rəsmi şəkildə imtina ediblər.
Nəşr yazır ki, A. Coli uşaqları, B. Pittdən tamamilə uzaqlaşdırıb və qəsdən təcrid edib. Lakin Colinin yaxınları bu iddianı qətiyyətlə rədd edib. Bildirilir ki, uşaqlar yetkin fərdlər kimi öz qərarlarını özləri verirlər və bu qərara 10 il əvvəl şəxsi təyyarədə baş verən məlum zorakılıq hadisəsi, eləcə də Pittin öz davranışlarını gizlətməyə çalışması təsir edib.
Xatırladaq ki, Coli 2016-cı ildə Fransadan ABŞ-yə uçan şəxsi təyyarədə Pittin ona və uşaqlarına qarşı fiziki və şifahi zorakılıq tətbiq etdiyini iddia etmişdi. Pitt isə ittihamları rədd edərək, həmin hadisədən sonra spirtli içki aludəçiliyinə son qoymuşdu.
Baxış sayı:296
Bu xəbər 31 May 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















