Icma.az
close
up
RU
Post Brexit mərhələsində yeni tərəfdaşlıq axtarışları

Post Brexit mərhələsində yeni tərəfdaşlıq axtarışları

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa Azərbaycana regionun sabitlik məkanı kimi baxmağa başlayıb

Sürətlə dəyişən dünya düzəni bir çox gücləri xarici siyasətlərini yenidən nəzərdən keçirməyə vadar edir. Bu kontekstdə Britaniyanın post-Brexit dövrü diqqət çəkir. “Brexit” prosesi çərçivəsində Britaniyanın Avropa ilə yollarını ayırması uzun müddətdir ki, Londonda suverenlik ritorikası kimi təqdim olunurdu. Referendumdan sonra formalaşan siyasi diskurs Britaniyanın Avropa İttifaqından (Aİ) həm institusional, həm də ideoloji uzaqlaşmasını ehtiva edirdi. Lakin zaman keçdikcə bu ayrılığın yaratdığı iqtisadi, sosial və strateji boşluqlar Britaniya siyasi elitasını daha praqmatik düşünməyə məcbur etdi. Bu gün Londonun mövqeyində müşahidə olunan yumşalma da dəyişən beynəlxalq təhlükəsizlik mühitinin diktə etdiyi reallıqlarla əlaqələndirilə bilər.

Avropanın şərq sərhədlərində artan müharibə riski, Rusiyanın revizionist davranışı və NATO-nun daxilində yaranan yeni güc balansları Londona özünü kənarda saxlaya bilməyəcəyini göstərdi. Ehtimal olunur ki, Britaniya Brüsselə tam arxa çevirməyin real siyasətin qaydaları ilə uzlaşmadığını artıq anlayır. Bu kontekstdə London hökumətinin Aİ ilə təhsil, elm və gənclər mübadiləsi sahəsində əlaqələri bərpa etmək cəhdləri, xüsusilə də “Erasmus” proqramına qayıdış planları sırf humanitar təşəbbüs kimi yox, strateji jest kimi dəyərləndirilməlidir. Yəni, “Erasmus” məsələsi simvolik xarakter daşıyır. Britaniyanın bu platformaya qayıtmaq istəyi, əslində, Avropa ilə intellektual və siyasi dialoqun bərpasına verilən açıq mesaj kimi də dəyərləndirilə bilər. Bu, Londonda “Brexit”in emosional mərhələsinin bitdiyini, yerini isə hesablanmış praqmatizmə verdiyini göstərir. Görünür, Britaniya Avropa strukturlarına tam inteqrasiya etmədən, amma Avropa ilə açıq qarşıdurmadan da yayınaraq özünə yeni balans xətti axtarır.

Yeri gəlmişkən, balans axtarışı fonunda Azərbaycan–Britaniya münasibətləri örnək götürülə bilər. Rəsmi London üçün Bakı uzun illərdir həm enerji tərəfdaşı, həm də Avrasiya məkanında etibarlı aktordur. “Brexit”dən sonra Britaniyanın qlobal genişləndirmə strategiyası çərçivəsində Azərbaycanla münasibətlər daha da dərinləşdi. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, regional sabitlik və diplomatik dialoq sahələrində Bakı–London xətti öz dayanıqlılığını qorudu. Əslində, məsələnin dərininə endikdə məhz bu dayanıqlılığın Britaniyanın post-Brexit xaosunda uğur nümunələrindən biri kimi dəyərləndirmək mümkündür. Azərbaycan Britaniya üçün həm də Avropa ilə Asiya arasında körpü rolunu oynayan strateji məkandır. Cənub Qaz Dəhlizi, Xəzər regionunun enerji potensialı və Orta Dəhliz kimi layihələr Britaniyanın Avropaya dolayı təsir imkanlarını saxlamasına şərait yaradır. Vurğulanmalı daha bir məqam ondan ibarətdir ki, Azərbaycan Britaniyanın Avropa ilə yaxınlaşma cəhdlərindən narahatlıq duymur. Əksinə, Bakı üçün bu proseslər əlavə diplomatik imkanlar yaradır. Azərbaycan nə Aİ-nin daxili siyasi ziddiyyətlərinin, nə də transatlantik qarşıdurmaların tərəfdarıdır. Ölkəmiz öz xarici siyasətini funksional əməkdaşlıq üzərində qurur. Bu isə Britaniya kimi praqmatik aktor üçün cəlbedici modeldir.

Bir nüansı da qeyd edək ki, Rusiya təhlükəsi fonunda Britaniyanın Aİ ilə bağlı siyasətində müşahidə olunan yumşalma Azərbaycanın London üçün strateji əhəmiyyətini artırır. Moskvanın Qara dənizdən Cənubi Qafqaza qədər uzanan təsir dairəsi, enerji və təhlükəsizlik məsələlərini bir-birinə daha sıx bağlayır. Bəli, London Bakını regionda nəzarətsiz eskalasiyanın qarşısını alan, rasional dialoq dili ilə danışan tərəfdaş kimi dəyərləndirir. Çünki qlobal qeyri-müəyyənliyin artdığı, enerji təhlükəsizliyinin, nəqliyyat marşrutlarının və regional sabitliyin strateji əhəmiyyət qazandığı bir dövrdə Britaniya üçün əsas sual hansı ölkələrin uzunmüddətli etibarlılıq təqdim edə bilməsidir. Məhz bu sualın cavabında Azərbaycan getdikcə daha aydın konturlarla ön plana çıxır. Çünki Cənubi Qafqazda kəskin qarşıdurmaların yaşandığı, geosiyasi proqnozların tez-tez dəyişdiyi bir zamanda belə Bakı daxili siyasi sabitliyi, qərarvermə ardıcıllığını və xarici siyasətdə balansı qorumağı bacarıb. Ona görə də hazırda ölkəmiz dəyişən beynəlxalq nizamda sabitlik mərkəzi kimi formalaşaraq, Britaniyanın Avropa ilə münasibətlərində, Avrasiya strategiyasında və qlobal təhlükəsizlik hesablamalarında mühüm yer tutur.

Əlqərəz, Londonda formalaşan yeni siyasi reflekslər Avropa ilə münasibətlərin “ayrılıq” mərhələsindən “seçici əməkdaşlıq” mərhələsinə keçdiyini göstərir. Əslində, bu keçid Britaniyanın qlobal rolunu çevik şəkildə yenidən qurmaq cəhdidir. Azərbaycan isə yeni konfiqurasiyada Britaniya üçün etibarlı dayaqlardan biri olaraq qalır. Bakı Avropa ilə münasibətlərdə balanslı mövqeyi, regional məsələlərdə isə suveren qərarvermə qabiliyyəti ilə Londona “təhlükəsiz tərəfdaşlıq” modeli təqdim edir. Bakı dəyişən beynəlxalq nizamda sabitlik mərkəzi kimi formalaşaraq Britaniyanın Avropa ilə münasibətlərində, Avrasiya strategiyasında və qlobal təhlükəsizlik hesablamalarında mühüm yer tutur. Amma vurğulanmalıdır ki, ikitərəfli əlaqələr nə situativ yaxınlaşma, nə də taktiki əməkdaşlıq xarakteri daşıyır. Daha çox qarşılıqlı maraqlara əsaslanan və uzunmüddətli perspektivə hesablanmış strateji uyğunluğun təzahürüdür.

Hüseyn SULTANLI,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi

Böyük Britaniya-Aİ münasibətləri “Brexit” prosesindən sonra durğunluq mərhələsinə keçsə də, Kir Starmerin baş nazir seçilməsindən sonra vəziyyət dəyişdi. Onun hökuməti ilk gündən Aİ ilə daha yaxın münasibətlərin qurulmasının rəsmi Londonun əsas xarici siyasət hədəflərindən biri olacağını açıq şəkildə bəyan etdi. Bu ilin may ayında keçirilən Böyük Britaniya–Aİ sammiti həmin öhdəliyi bir daha möhkəmləndirdi. Sammit bəzi dairələr tərəfindən “səthi” və transformativ detallardan məhrum kimi qiymətləndirilsə də, Londonun əsas məsələlər üzrə Brüssel ilə uzlaşmağa hazır olduğunu nümayiş etdirən mühüm siyasi siqnal oldu. Sammit çərçivəsində Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığının yaradılacağı elan olundu. Hazırda Böyük Britaniyanın 2021-ci ildə tərk etdiyi və sonradan özünün “Turing” proqramı ilə əvəzlədiyi Aİ-nin “Erasmus” mübadilə proqramına yenidən qoşulmağa hazırlaşdığı barədə məlumatlar yayılır. Aİ-nin xaricdə təhsil almaq istəyən şəxslərə maliyyə dəstəyi verdiyi bu proqram Böyük Britaniyanın “Brexit” nəticəsində yaranmış boşluqları aradan qaldırmaq niyyətini göstərən daha bir konkret addımdır. Əslində, yeni Aİ–Böyük Britaniya razılaşması çərçivəsində ayrıca “gənclərin mobilliyi proqramı”nın müzakirə edilməsi planlaşdırılırdı.

Bununla belə, ciddi çətinliklər qalmaqdadır. Yaxın vaxtlarda Böyük Britaniyanın Aİ-nin ən son müdafiə və təhlükəsizlik proqramı olan SAFE-ə (Security Action for Europe) qoşulması ilə bağlı danışıqların fundamental fikir ayrılıqları səbəbindən dalana dirəndiyi açıqlandı. Bu da göstərir ki, qarşılıqlı siyasi iradənin mövcudluğuna baxmayaraq, yeni institusional Aİ–Böyük Britaniya münasibətlərinin formalaşdırılması asan olmayacaq. Həmçinin bəzi geosiyasi amillərin bu çətinliklərin yumşaldılmasında oynadığı rolu da kiçiltmək olmaz. İlk növbədə, Böyük Britaniya Ukraynaya Avropa dəstəyini əlaqələndirmək və Rusiyaya qarşı mübarizə məqsədilə yaradılmış “istəklilər koalisiyası”nda hələ də son dərəcə fəal və aparıcı rol oynayır. Bu isə ayrı-ayrı üzv dövlətlərlə ikitərəfli səviyyədə, ümumilikdə Aİ çərçivəsində müdafiə əməkdaşlığının gücləndirilməsinə dair dialoqu daha da intensivləşdirəcək. İkincisi, Böyük Britaniya–ABŞ münasibətlərinin əhəmiyyətini də qiymətləndirmək vacibdir. Liderlər arasında siyasi harmoniya olsa da, münasibətlər əvvəlki dövrlərlə müqayisədə daha qeyri-sabit və mürəkkəb xarakter daşıyır. Məhz bu amil Böyük Britaniya hökumətini Aİ ilə münasibətləri yeniləməyə, onları daha yüksək səviyyəyə qaldırmağa, eləcə də bundan ölkə iqtisadiyyatı və əhalisi üçün maksimum fayda əldə etməyə sövq edəcək.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see503

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see302

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see290

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see285

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see263

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see262

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see259

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see256

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see254

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see253

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see241

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see232

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see229

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see226

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see226

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see221

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see220

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see220

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see219

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri