Icma.az
close
up
RU
BRİKS dolları əvəzləmək istəyir: Hansı problemlər ola bilər?

BRİKS dolları əvəzləmək istəyir: Hansı problemlər ola bilər?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp BRİKS ölkələrindən yeni valyuta yaratmamaq və ya ABŞ dollarını əvəz edəcək başqa valyutanı dəstəkləməmək öhdəliyi götürmələrini tələb edib. 

Əks halda Tramp bu ölkələri 100 % rüsum tətbiq edəcəyi ilə hədələyib.

“Biz bu ölkələrdən öhdəlik tələb edirik ki, onlar nə yeni BRİKS valyutası yaradayacaqlar, nə də güclü ABŞ dollarını əvəz edəcək hər hansı digər valyutanı dəstəkləyəcəklər. Əks halda onlar 100 % rüsumla üzləşəcəklər və bu ölkədəki satışlarla vidalaşmalı olacaqlar. Onlar gedib başqa əmzik tapa bilərlər.

Beynəlxalq ticarətdə BRİKS-in ABŞ dollarını əvəz etməsi şansı yoxdur və buna cəhd edən istənilən ölkə Amerika ilə vidalaşmalıdır”, - ABŞ-nin yeni seçilmiş Prezidenti “Truth Social” sosial şəbəkəsində yazıb.

Maraqlıdır, BRİKS qrupuna üzv ölkələr dollara qarşı vahid valyuta yaratmaq imkanlarına sahibdirlər? Yaxın gələcəkdə BRİKC ölkələri bu kimi addımlar atacağı təqdirdə ABŞ tərəfindən hansı tədbirlər görüləcək? 

Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov “Cebheinfo.az”-a şərhində qlobal iqtisadi sistemdə yeni valyutanın qeyri-mümkün olduğunu bildirib:

“Hesab etmirəm ki, BRİKS qrupuna üzv ölkələrinin hər hansı valyuta yaratmaq və ya yaradacığı halda uğurlu olma ehtimalı olsun. Çünki BRİKS ölkələri müxtəlif siyasi və iqtisadi sistemlərinə malikdir. Bu ölkələrdə nə qərar qəbuletmə mexanizmlərin işləkliyi səmərəlidir, nə də institusional inkişaf səviyyəsi yüksəkdir.

Odur ki, hər hansı valyuta yaratmaq potensialı aşağıdır və ya yaradacağı halda həmin valyutanın dönərliyinin təmin olunması çox uzun zaman aparacaq və ciddi institusional dəstək tələb edəcək. Ümumiyyətlə, bu, qərar qəbuletmədə pluralizm prosesində tələb edən məsələdir. 

Qeyd edim ki, qlobal investorlar BRİKS qrupuna üzv ölkələrin valyutasına güvənməyəcəklər, eyni zamanda bu  ölkələrin sahibkarlıq subyektləri belə, bu valyutaya etibar etməyəcəklər. 

BRİKS qrupuna üzv ölkələrin qərar qəbuletmə potensialında rasionalizm yoxdur. Bu baxımdan, yaxın gələcəkdə BRİKS ölkələrinin vlayuta yaradacağı və ya yaradacağı halda valyutanın uğurlu olacağını gözləmirəm”. 

Ekspert vurğulayıb ki, BRİKS ölkələri Trampın ciddi müqaviməti ilə üzləşə bilərlər: 

“Trampın birinci hakimiyyəti dövündə qəbul etdiyi qərarlar və davranışların təhlili onu göstərir ki, Amerikalı biznesmen gələcəkdə qlobal iqtisadi düzəni təhlükəyə ata biləcək və bu istiqamətdə istənilən addımı atmağa hazır olan şəxsdir. 

Təbii ki, ABŞ dayanmacaq, Vaşinqton özünün bütün iqtisadi resurslardan istifadə etməklə dolların dönərliyinin dayanıqlı olması, qlobal bazarlarda dolların etibarlığının qorunması və ticari münasibətlərdə dollara daha çox üstünlüyün verilməsinə çalışacaq. 

ABŞ BRİKS ölkələrinə münasibətdə fərqli mövqe yürüdür. Bu gün ABŞ-nin Çinlə iqtisadi müharibəsi davam edir. Vaşinqton BRİKS ölkərinə qarşı mübarizədə həmin ölkələrin məhsullarına rüsum və həmin ölkələrin qlobal bazarlarda fəaliyyətinə, o cümlədən ABŞ-nin nəzarətində olan ödəniş sistemlərindən istifadə etməsinə məhdudiyyətlər tətbiq edə bilər”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Dekabr 2024 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see449

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see413

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see360

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see222

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see219

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see216

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see206

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see203

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see202

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see190

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see183

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see177

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see171

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see163

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see163

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see163

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see162

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see162

Ukraynada qadınların hərbi qeydiyyatı və səfərbərliyi an məsələsidir

09 Oktyabr 2026 03:05see161

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri