Icma.az
close
up
RU
Brilyant axtararkən bunu tapdılar 500 illik gəmidən çıxanlar ŞOK ETDİ

Brilyant axtararkən bunu tapdılar 500 illik gəmidən çıxanlar ŞOK ETDİ

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Namibiya sahillərində almaz mədənində aparılan işlər zamanı 1533-cü ildə itkin düşən Portuqaliya ticarət gəmisi “Bom Jesus”un qalıqları aşkarlanıb. Təxminən 500 il dənizin altında qalan gəminin içərisindən 40 tondan çox tarixi yük çıxarılıb.

Hurriyyet.Media  xəbər verir ki, arxeoloji qazıntılar zamanı 1 845 ədəd mis külçə, minlərlə qızıl və gümüş sikkə, naviqasiya alətləri və 100-dən çox Afrika filinin dişi aşkarlanıb. Mis külçələrin üzərindəki ticarət nişanları və sikkələrin aid olduğu dövr gəminin XVI əsrdə Portuqaliyanın ticarət marşrutlarından birində olduğunu təsdiqləyib.

Gəminin və yükün bu qədər uzun müddət qorunmasında bölgənin təbii şəraiti mühüm rol oynayıb. Afrikanın cənub-qərb sahillərindəki soyuq Benguela cərəyanı və qalın qum təbəqəsi materialların çürüməsini ləngidib. Ərazinin okeanla səhranın arasında yerləşməsi və uzun müddət təcrid olunması da qalıqların qorunmasına şərait yaradıb.

Fil dişlərindən götürülən DNT nümunələri isə XVI əsrdə Qərbi Afrikadakı fil populyasiyası və tarixi fil dişi ticarəti haqqında yeni məlumatlar əldə etməyə imkan verib.

Araşdırmalar gəmidəki yükün Avropa, Afrika və Asiyanı birləşdirən geniş ticarət şəbəkəsinin bir hissəsi olduğunu ortaya qoyub. Mis külçələrin Mərkəzi Avropadan, fil dişlərinin isə Qərbi Afrikadan gətirildiyi müəyyənləşdirilib.

Aşkarlanan tarixi əşyalar və gəmi qalıqları qorunmaq üçün Namibiyanın milli irsinə daxil edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Avqust 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri