Icma.az
close
up
RU
Britaniya Azərbaycan Ticarət Palatasının sədri: Azərbaycan regionda yaşıl enerji mərkəzinə çevrilə bilər MÜSAHİBƏ

Britaniya Azərbaycan Ticarət Palatasının sədri: Azərbaycan regionda yaşıl enerji mərkəzinə çevrilə bilər MÜSAHİBƏ

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

London, 19 may, AZƏRTAC

Britaniya-Azərbaycan Ticarət Palatasının sədri Kieran Reddinqton AZƏRTAC-a iki ölkə arasında iqtisadi əməkdaşlıq perspektivləri, enerji keçidi və Palatanın fəaliyyət istiqamətləri barədə danışıb.

Müsahibəni təqdim edirik:

- Yaxın zamanda Britaniya-Azərbaycan Ticarət Palatasının (BCCA) sədri seçilmisiniz. Bu vəzifəni qəbul etməyinizə nə səbəb oldu?

- Son bir neçə ildə Palata sadəcə bir biznes qrupu olmaqdan çıxaraq, həm Azərbaycanda, həm də Böyük Britaniyada dövlət qurumları daxil olmaqla, bütün maraqlı tərəflərlə yerli şirkətləri birləşdirən əsas platformaya çevrilib. Enerjili, bacarıqlı və motivasiyalı bir idarə heyətimiz, fəal biznes icmamız və geniş dəstək göstərən hökumət və biznes qurumlarımız var. BCCA-nı ikitərəfli əməkdaşlıq üçün əsas platforma və əməkdaşlıq məkanı kimi möhkəmləndiririk. Hazırda belə dinamik bir təşkilatın bir parçası olmaq çox həyəcanvericidir və strategiyamızın yenilənməsi və genişləndirilməsi mərhələsində sədr olaraq üzvlərimizə xidmət etməkdən qürur duyuram.

- Londonda keçirilən Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 7-ci iclasında iştirak etdiniz. Bu əhəmiyyətli tədbirlə bağlı əsas təəssüratlarınız nələr oldu?

- Komissiya iclası zamanı hər iki tərəfdən göstərilən xoş niyyət, dəstək və fəallıq çox ümidverici idi. Mənim üçün əsas nəticə odur ki, hər iki tərəf üçün ortaq dəyərlər və maraqlar üst-üstə düşür və enerji keçidi, təhsil və əməkdaşlığın sadələşdirilməsi sahələrində böyük əməkdaşlıq potensialı var.

- Görüşdə enerji, infrastruktur və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi vurğulandı. Palata bu sahələrdən hansında Britaniya-Azərbaycan əməkdaşlığı üçün ən yaxın perspektivlər görür?

- Düşünürəm ki, Böyük Britaniyada enerji keçidi sahəsində zəngin təcrübə və bilik mövcuddur ki, bu da Azərbaycanda bu sahədə layihələrin sürətləndirilməsinə kömək edə bilər. Britaniya bu inkişaf yolunda bir qədər daha irəlidədir və burada əldə olunan təcrübə Azərbaycanda yüksək əlavə, dəyərli layihələrin reallaşdırılmasında mühüm rol oynaya bilər. Bu yanaşma komissiyanın əsas mövzularına da toxunur; bilik, kadr hazırlığı və infrastrukturun təkmilləşdirilməsi bu prosesin mərkəzində dayanır.

– Palata Britaniya şirkətlərini Azərbaycanda investisiya yatırmaq və ya fəaliyyətlərini genişləndirmək istiqamətində necə dəstəkləyir?

- Hazırda 100-dən çox üzv şirkətimiz var. Onların əksəriyyəti Böyük Britaniya və Azərbaycana məxsusdur, ölkədə uzun illik təcrübəyə malikdirlər. Üzvlərimiz arasında “böyük dördlük” audit şirkətləri, yerli startaplar və Azərbaycanda genişmiqyaslı fəaliyyət göstərən Britaniya şirkətləri də yer alır. Palatanın bu sahədə təcrübəsi bənzərsizdir və biz Azərbaycanda investisiya, genişlənməni dəstəkləmək üçün buradayıq.

– Britaniya şirkətləri Azərbaycanın bərpaolunan enerji keçidinə hansı formada töhfə verə bilər?

- Bu mövzu komissiyanın iclasında əsas müzakirə predmetlərindən biri idi və mən bu haqda nazir Qaret Tomasla birlikdə danışdım. Britaniya şirkətləri layihələrin müəyyənləşdirilməsi və həyata keçirilməsi, infrastrukturun qurulması, Azərbaycan işçi qüvvəsinin təlimi sahələrində mühüm təcrübəyə malikdirlər. Uzunmüddətli vizyon, öhdəlik və layihələrin həcmi ilə Azərbaycanı gələcəkdə regionda bərpaolunan enerji üzrə əsas mərkəz kimi təsəvvür etmək çətin deyil.

– Britaniya-Azərbaycan Ticarət Palatası iki ölkə arasında iqtisadi əlaqələrin və insanlara yönəlmiş əməkdaşlığın gücləndirilməsində hansı addımlar atır?

- Palatanı əməkdaşlıq, ideya mübadiləsi və layihələrin gerçəkləşdirilməsi üçün əsas platformaya çevirməyə çalışırıq. Məqsədimiz yerli bizneslərdən tutmuş dövlət orqanlarınadək hər kəsi birləşdirən əsas əlaqələndirici quruma çevirməkdir. Davamlılıq və enerji, təhsil, vergi və gömrük sahələrində işçi qrupları yaratmışıq. Bu istiqamətlərdə ikitərəfli iqtisadi əlaqələrin və biznes mühitinin inkişaf etdirilməsini əsas prioritet hesab edirik. Qarşıdakı aylarda həm Böyük Britaniyada, həm də Azərbaycanda bizneslər və digər maraqlı tərəfləri bir araya gətirəcək yeni təşəbbüslərlə çıxış edəcəyik.

– Palata Azərbaycandan Böyük Britaniya bazarına çıxmaq istəyən yerli şirkətlərlə necə işləyir?

- Biz mütəmadi olaraq üzvlərimizlə biznes imkanları barədə məlumat mübadiləsi aparırıq və bu fəaliyyətlər getdikcə intensivləşir. Əgər Azərbaycan (və ya Böyük Britaniya) şirkətləri bu prosesdə yer almaq istəyirlərsə, onlara Palataya üzv olmalarını, fəal iştirak etmələrini və bu müsbət dinamikanın bir hissəsinə çevrilmələrini tövsiyə edərdim.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri