Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Azərbaycan regionda yeni vençur investisiyaları mərkəzinə çevrilə bilər MÜSAHİBƏ

Azərbaycan regionda yeni vençur investisiyaları mərkəzinə çevrilə bilər MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 1 noyabr, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycanın vençur ekosistemi sürətlə inkişaf edir, bu da ölkədə innovasiyalara və texnoloji sahibkarlığa olan ümumi marağın artmasını əks etdirir. Finteks, süni intellekt, energetika və təhsil sahələrində getdikcə daha çox startap yaranır, dövlət və özəl təşəbbüslər isə onların inkişafı üçün əlverişli şərait yaradır. İnvestorlar artıq Azərbaycanı yalnız lokal bazar kimi deyil, həm də beynəlxalq arenaya çıxış üçün perspektivli nöqtə kimi görməyə başlayıblar.

Bu prosesin aktiv iştirakçılarından biri “DOMiNO Ventures”dir – Mərkəzi Asiya və Qafqaz regionu üzrə erkən və böyümə mərhələsində olan texnoloji startaplara investisiya yatıran vençur fondu. Fond qlobal bazarlara yönəlmiş şirkətləri fəal şəkildə dəstəkləyir, onlara miqyaslanma strategiyalarını qurmaqda və beynəlxalq investorlar cəlb etməkdə kömək edir.

AZƏRTAC-ın suallarını “DOMiNO Ventures” fondunun idarəedici partnyoru və həmtəsisçisi, vençur kapitalı üzrə ekspert, “Tarvenn Ventures”, “TechOne VC” və “WePlay Ventures”in qurucusu, eləcə də “YEO Technologies”in Direktorlar Şurasının üzvü Mustafa Kopuk cavablandırır.

– “DOMiNO Ventures” erkən mərhələdə olan startaplara investisiya edir. Sizin fikrinizcə, Azərbaycan kimi inkişaf edən bazarda startapın vençur investisiyalarına hazır olması üçün əsas keyfiyyətlər hansılardır?

– Azərbaycanda startapın vençur investisiyalarına hazır olmasını təmin edən əsas amil güclü yerli istedadları ilk gündən həqiqi qlobal düşüncə tərzi ilə birləşdirmək bacarığıdır. Biz xüsusilə də “ilk gündən qlobal yanaşma”ya malik texnoloji yönümlü startaplara, başlanğıcdan beynəlxalq miqyaslanmaya hədəflənən, dayanıqlı təsisçi komandaya və dünya səviyyəsində rəqabət apara bilən biznes modelinə əsaslanan startaplara maraq göstəririk.

Bizim üçün ən perspektivli təsisçilər — Azərbaycanın xərclər baxımından səmərəli və yüksək ixtisaslı istedad mərkəzi kimi üstünlüklərindən istifadə edərək, eyni zamanda regionun çox-çox hüdudlarından kənardakı bazarlara yönəlmiş məhsul və xidmətlər yaradanlardır.

Həmçinin qeyd etmək lazımdır ki, biz yalnız erkən mərhələdə olan startaplara deyil, Mərkəzi Asiya və Qafqaz regionu üzrə seçmə şəkildə böyümə mərhələsində olan şirkətlərə də investisiya edirik.

– Azərbaycan kimi kiçik, lakin çevik iqtisadiyyata malik ölkələr üçün, sizcə, hansı texnoloji vertikallar daha perspektivlidir?

– Fikrimcə, Azərbaycan kimi ölkələr üçün ən perspektivli vertikallar milli sərhədləri tez bir zamanda aşa bilən və qlobal təsir yarada bilən sahələrdir.

Xüsusilə süni intellekt (Applied AI) və Deeptech sahələri fərqlənir, çünki onlar yüksək əlavə dəyərə malik miqyaslana bilən həllər yaratmağa imkan verir və bu həllər dərhal dünya bazarlarında tətbiq olunur.

Azərbaycan öz iqtisadiyyatını şaxələndirməyə və dayanıqlı inkişaf istiqamətində irəliləməyə çalışdığı şəraitdə “Cleantech” və enerji səmərəli texnologiyalar da son dərəcə cəlbedicidir,.

Eyni zamanda “Edtech” və kibertəhlükəsizlik də əhəmiyyətli potensial nümayiş etdirir, çünki onlar coğrafiya ilə məhdudlaşmayan universal ehtiyaclara cavab verir.

Kiçik, lakin çevik iqtisadiyyatlar üçün bu istiqamətlərə fokuslanmaq, ilk gündən qlobal doğulan şirkətlər yaratmaq imkanı açır.

– Türkiyə kimi, Azərbaycan da bu gün innovasiyalara fəal şəkildə investisiya edir. Türkiyənin vençur ekosisteminin inkişafından hansı dərslər bizə faydalı ola bilər?

– Azərbaycan şanslıdır ki, öyrənmək üçün yaxın və əlçatan nümunə kimi Türkiyə var. Türkiyə təcrübəsindən çıxarılan ən mühüm dərslərdən biri ondan ibarətdir ki, böyük əhali və ÜDM səbəbindən bir çox sahibkar əsasən daxili bazara fokuslanıb.

Bəziləri ölkə daxilində uğurun kifayət qədər olduğunu düşünərək lokal səviyyədə qalıb, digərləri isə xaricə çıxmazdan əvvəl yerli bazarda öz dayanıqlılığını sübut etməyin vacib olduğunu hesab edib. Belə düşüncə tərzi çox vaxt qlobal genişlənməni ləngidib.

Azərbaycanlı təsisçilər üçün əsasən nəticə fərqli olmalıdır: məhsulu yalnız lokal bazarda sınaqdan keçirməklə məhdudlaşmağa ehtiyac yoxdur. Şirkətləri ilk gündən qlobal düşüncə tərzi ilə qurmaq son dərəcə vacibdir.

Bu yanaşmanı erkən mərhələdə qəbul etməklə, Azərbaycan Türkiyənin qarşılaşdığı gecikmələrdən yayınaraq, yeni nəsil sahibkarları ruhlandıracaq uğur hekayələri yarada bilər və eyni zamanda startaplarının beynəlxalq arenada mövqelərini elə başlanğıcdan gücləndirər.

– Sizcə, Azərbaycan bazarı artıq böyük fondların və beynəlxalq investorların gəlməsi üçün hazırdırmı, yoxsa əvvəlcə yerli inkişaf mərhələsi lazımdır?

– Məncə, hər iki proses paralel şəkildə inkişaf etməlidir. Yerli inkişaf ekosistemin təməlini möhkəmləndirmək və investisiyaya hazır sağlam startap axını yaratmaq üçün vacibdir.

Eyni zamanda, beynəlxalq investorları erkən mərhələdə cəlb etmək də bir o qədər önəmlidir, çünki onların iştirakı idarəetmə və hesabatlılıq standartlarını yüksəldir və qlobal şəbəkələrə çıxışı təmin edir.

Azərbaycan üçün ideal ssenari bir mərhələnin tamamlanmasını gözləmədən, başlanğıcdan yerli və beynəlxalq kapital arasında əhəmiyyətli qarşılıqlı əlaqə yaratmaqdır.

Belə yanaşma ekosistemin daha sürətli inkişafına, təsisçilərin qlobal investisiya dinamikasını birbaşa öyrənməsinə və startapların region hüdudlarından kənara daha tez miqyaslanmasına imkan verəcək.

– Azərbaycan sahibkarı regional və ya beynəlxalq vençur fondunun marağını cəlb etmək üçün ilk olaraq hansı addımı atmalıdır?

– İlk və ən vacib addım başlanğıcdan qlobal hazırlığı nümayiş etdirməkdir.

Şirkəti ABŞ, Böyük Britaniya və ya Avropa İttifaqı kimi investorlar üçün əlverişli yurisdiksiyada qeydiyyatdan keçirmək, eyni zamanda texniki komandanı Azərbaycanda saxlamaq beynəlxalq miqyaslanma niyyətlərinin ciddiliyinə dair güclü siqnal verir.

Həmçinin, müştərilərlə pilot layihələr, tərəfdaşlıqlar və ya hətta ilk gəlirlər vasitəsilə, xüsusilə bu nəticələr lokal bazarın hüdudlarını aşırsa, erkən nəticələri göstərmək vacibdir.

İnvestorlar yalnız yerli səviyyədə həll olunan problemi deyil, həm də bu həllin qlobal bazarda necə rəqabət apara və inkişaf edə biləcəyini aydın şəkildə ifadə edə bilən təsisçilər axtarırlar.

Müasir vençur dünyasında təkcə ideyalara deyil, artıq həm də həyata keçirmə bacarığına, ambisiyaya və qlobal potensiala investisiya edilir.

– Dövlət və böyük özəl şirkətlərin güclü olduğu Azərbaycan kimi ölkələrdə korporativ vençur kapitalının inkişafı nə dərəcədə vacibdir?

– Korporativ vençur kapitalı ekosistemin yetişməsini sürətləndirməkdə, xüsusən də dövlət və özəl şirkətlərin artıq güclü olduğu Azərbaycan kimi ölkələrdə açar rol oynayır.

Bu təşkilatlar təkcə kapital deyil, həm də müştərilərə çıxış, infrastruktur və məhsulların real bazar sınağını təmin edə bilərlər.

Türkiyədə biz böyük holdinqlərin və bankların startaplara investisiya etməklə, pilot proqramlar həyata keçirməklə və onların ilk referens müştərilərinə çevrilməklə ekosistemin sürətli inkişafına necə töhfə verdiyini gördük.

Azərbaycan da, əgər onun aparıcı korporasiyaları innovativ startaplarla fəal əməkdaşlığa başlasalar, oxşar irəliləyişə nail ola bilər.

Korporativ fondlar strateji şəkildə investisiya etməyə başladıqda, bu, ənənəvi sahələrlə yeni texnologiyalar arasında körpü yaradır, hər iki tərəfin daha sürətli inkişafına imkan verir və ölkənin innovasiya üzrə regional mərkəz kimi mövqeyini möhkəmləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Noyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see224

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see206

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see172

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see158

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri