Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Britaniya Azərbaycanın köklü və etibarlı tərəfdaşlarındandır ŞƏRH

Britaniya Azərbaycanın köklü və etibarlı tərəfdaşlarındandır ŞƏRH

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 dekabr tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edib. Bu görüş iki ölkə arasında dialoq və əməkdaşlığın davam etdiyini göstərir.

Coğrafi baxımdan bir-birindən uzaq yerləşsələr də, iki ölkə arasında uzun illərə söykənən tərəfdaşlıq münasibətləri strateji əhəmiyyət daşıyır. 

Politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında çox dərin və köklü münasibətlər mövcud olduğunu vurğulayıb:

"İki ölkə arasındakı əlaqələrin tarixi kifayət qədər qədimdir. Böyük Britaniya Azərbaycanın bir çox sahədə dəstəkləyən ölkələrdən biridir. Ən önəmlisi isə Böyük Britaniyanın BP şirkətinin bu gün Azərbaycanda ciddi şəkildə iştirak payına malik olmasıdır. Azərbaycanın neft-qaz ixracında bu şirkətin mühüm rolu var. Enerji siyasətimizdə, neftin hasilatı və ixracı məsələlərində də BP-nin dəstəyi xüsusi qeyd olunmalıdır. Bununla yanaşı, diplomatik, siyasi və iqtisadi sahələrdə də tərəflər arasında ciddi əməkdaşlıq mövcuddur. Hətta Sovetlər dövründə belə münasibətlər mövcud idi. Mərhum Kraliça II Yelizavetaya Qarabağ atı hədiyyə edilmişdi. Onun vəfatından əvvəl də bu ənənə yenidən təkrarlandı, Azərbaycandan Kraliçaya Qarabağ atı göndərildi".

Politoloq Böyük Britaniyanın dünya siyasətində “kölgə güc” hesab olunan ölkələrdən sırasında olduğuna diqqət çəkib:

"Supergüc kimi qəbul edilməsə də, beynəlxalq proseslərin əksəriyyətində fəal rol oynayır. Bir zamanlar “üzərində Günəş batmayan imperiya” kimi tanınan Böyük Britaniya son illərdə yenidən gücünü toparlamaqda və qlobal siyasətdə təsir imkanlarını artırmaqdadır. Unutmaq olmaz ki, Böyük Britaniya yalnız bir krallıqdan ibarət deyil-Britaniya Millətlər Birliyinə rəhbərlik edir və bu birlik çoxsaylı ölkələri bir araya gətirir. Beləliklə, Azərbaycan təkcə Böyük Britaniya ilə deyil, dolayısı ilə bu birliyə daxil olan ölkələrlə də əməkdaşlıq etmiş olur. Böyük Britaniyanın BMT-dəki nüfuzu və ABŞ-dakı təsir imkanları da böyükdür. Bu ölkə ilə əməkdaşlıq Azərbaycan üçün mühüm uğurlar gətirib. 44 günlük Vətən müharibəsi zamanı qələbəmizdə diplomatik zəmində Böyük Britaniyanın göstərdiyi dəstək xüsusi qeyd olunmalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:587
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri