Britaniya beynəlxalq tədqiqatçıları cəlb etmək üçün 50 milyon funtluq proqram hazırlayır
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
London, 4 may, AZƏRTAC
Böyük Britaniya hökuməti dünyanın aparıcı alimlərini ölkəyə cəlb etmək məqsədi daşıyan yeni təşəbbüsü təqdim etməyə hazırlaşır.
AZƏRTAC “Financial Times”a istinadla xəbər verir ki, 50 milyon funt sterlinq dövlət maliyyəsi ilə dəstəklənəcək proqram beynəlxalq miqyasda seçilmiş elmi komandaların tədqiqat qrantları ilə təmin olunmasını və onların Böyük Britaniyaya köçürülməsi xərclərini əhatə edəcək. Təşəbbüs, dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıları cəlb etməyi hədəfləyir və onların işlərinin Böyük Britaniyanın sənaye strategiyasında müəyyənləşdirilmiş prioritet sahələrə uyğunluğu əsasında qiymətləndiriləcək.
Prioritet sahələr arasında dəqiq elmlər, süni intellekt və yaşıl enerji texnologiyaları yer alır. Proqramın ilkin mərhələsində təxminən 10 tədqiqat komandasının Britaniyaya köçməsi və burada fəaliyyətə başlaması nəzərdə tutulur. Hökumət mənbələrinin sözlərinə görə, proqram uğurlu olarsa, onun miqyasının genişləndirilməsi də planlaşdırılır.
Bu təşəbbüs Böyük Britaniyanı beynəlxalq elm və texnologiya mərkəzinə çevirmək məqsədi daşıyır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 04 May 2025 02:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















