Britaniya biznesi Azərbaycanda data mərkəz layihələrində maraqlıdır
Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Britaniya şirkətləri Azərbaycanda məlumatların emalı mərkəzləri sahəsində layihələrin həyata keçirilməsində maraqlıdır və artıq hökumətlə və ölkədəki digər tərəfdaşlarla danışıqlar aparırlar.
Bu barədə Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dankan Norman mətbuat konfransında bildirib.
"Böyük Britaniya süni intellekt və qabaqcıl texnologiyalar sahəsində dünyanın aparıcı ölkələrindən biridir. Bu, Azərbaycanla üzərində sıx işlədiyimiz bir istiqamətdir", - diplomat bildirib.
Onun sözlərinə görə, məlumatların emalı mərkəzlərinin işi böyük həcmdə enerji tələb edir, bu da iki ölkə arasında əməkdaşlıq üçün real imkanlar yaradır.
"Britaniya şirkətləri hazırda hökumət və Azərbaycandakı digər tərəfdaşlarla fəal şəkildə danışıqlar aparır. Çox ümid edirəm ki, uzunmüddətli perspektivdə bölüşə biləcəyimiz həqiqətən maraqlı xəbərlərimiz olacaq", - Norman qeyd edib.
Səfir vurğulayıb ki, hələlik mümkün layihələrin konkret detallarını açıqlaya bilmir.
"Biz bunu hal-hazırda edə bilmərik, çünki bu müzakirələr hələ də davam edir", - o izah edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 21 Avqust 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















