Icma.az
close
up
RU
Britaniya konqollular üçün viza məhdudiyyətlərini genişləndirib

Britaniya konqollular üçün viza məhdudiyyətlərini genişləndirib

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniya Konqo Demokratik Respublikası viza məhdudiyyətləri tətbiq edib və Anqola, Namibiya ilə miqrantların geri qaytarılması üzrə razılaşmalar elan edib.

APA xəbər verir ki, bu barədə Aljazeera məlumat yayıb.

Rəsmi London Konqo Demokratik Respublikası hökumətini sənədsiz miqrantların və cinayət törətmiş şəxslərin geri qaytarılması ilə bağlı yeni siyasət çərçivəsində əməkdaşlıq etməməkdə ittiham edir.

Böyük Britaniya Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bu tədbirləri açıqlayıb. Bildirilib ki, Anqola və Namibiya öz vətəndaşlarını geri qəbul etmək istiqamətində səylərini artırmağa razılaşıblar.

Bu razılaşmalar ötən ay daxili işlər naziri Şabana Mahmud tərəfindən təqdim olunan genişmiqyaslı islahatlar çərçivəsində ilk ciddi dəyişiklik hesab olunur. Sözügedən islahatlar qaçqın statusunun müvəqqəti edilməsini və Böyük Britaniyaya sənədsiz gələn şəxslərin deportasiya prosesinin sürətləndirilməsini nəzərdə tutur.

Hazırda Demokratik Konqo Respublikası, Anqola və Namibiya tərəfindən rəsmi mövqe bildirilməyib.

Daxili İşlər Nazirliyi qeyd edib ki, Konqo Demokratik Respublikası Böyük Britaniyanın əməkdaşlıq tələblərinə cavab verməyib və nəticədə sürətləndirilmiş viza xidmətlərindən, eləcə də yüksək vəzifəli şəxslər üçün nəzərdə tutulan imtiyazlı rejimdən məhrum edilib.

Şabana Mahmud bildirib ki, əməkdaşlıq tez bir zamanda yaxşılaşmasa, Böyük Britaniya Konqo Demokratik Respublikasına viza verilməsini tamamilə dayandıra bilər.

“Biz ölkələrdən qaydalara əməl etmələrini gözləyirik. Əgər onların vətəndaşının burada qalmaq hüququ yoxdursa, həmin şəxsi geri qəbul etməlidirlər”, – deyə o vurğulayıb.

“Anqola və Namibiyaya təşəkkür edir, onların əməkdaşlığını alqışlayıram. İndi Konqo Demokratik Respublikası üçün düzgün addım atmaq vaxtıdır. Vətəndaşlarınızı geri götürün, əks halda ölkəmizə giriş imtiyazını itirəcəksiniz.

“Bu, sərhədlərimizi qorumaq və burada qalmaq hüququ olmayan şəxslərin ölkədən çıxarılmasını sürətləndirmək üçün gördüyüm tədbirlərin yalnız başlanğıcıdır”, – deyə nazir əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Dekabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri