“SpaceX” tarixdə ilk dəfə orbitdən qayıdan “Starship” kosmik gəmisini havada tutub
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
İlon Maskın şirkəti “Starship”in 15-ci sınaq uçuşunu uğurla başa çatdırıb. Kosmik gəmi tarixdə ilk dəfə Yer orbitindən qayıdaraq “Mechazilla” start qülləsinin mexaniki tutqaclarının köməyi ilə eniş edib.
Buraxılış noyabrın 13-də Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib. 33 “Raptor” mühərriki ilə təchiz olunmuş “Super Heavy” daşıyıcı raketi “Starship”i uçuş trayektoriyasına çıxarıb, bundan sonra pillələrin ayrılması baş verib.
Gəmi uçuşunu davam etdirərək orbitə çıxıb və 26 ədəd “Starlink V3” peykini yerləşdirib. “SpaceX”in məlumatına görə, bütün aparatlarla əlaqə yaradılıb və onlar artıq öz orbitlərini yüksəltməyə başlayıblar.
“Starship” kosmosda 20 saatdan çox vaxt keçirib. Daha sonra “SpaceX” mütəxəssisləri orbitdən çıxmaq və Yer atmosferinə qayıtmaq üçün “Raptor” mühərriklərindən birini işə salıblar.
Startdan 22,5 saat sonra gəmi Texasdakı həmin kosmodroma qayıdıb. Yekun mərhələdə o, üç mühərriki işə salaraq sürətini azaldıb və start qülləsinə yaxınlaşıb.
“Mechazilla” mexaniki tutqacları “Starship”i havada uğurla tutub. “SpaceX” bundan əvvəl də “Super Heavy” sürətləndiricisinin geri qaytarılması üçün bu texnologiyadan istifadə etmişdi, lakin kosmik gəminin özünü tutmaq ilk dəfə mümkün olub.
Bununla belə, 15-ci uçuş zamanı “Super Heavy” sürətləndiricisinin geri qaytarılması plana uyğun getməyib. Yanacağın kifayət qədər olmaması səbəbindən idarəetmə sistemi start meydançasına qayıdışı avtomatik ləğv edib və sürətləndiricini Meksika körfəzi üzərindəki eniş zonasına yönəldib.
Əyləc manevrinin vaxtından əvvəl başa çatmasının səbəbləri araşdırılır.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 15 Noyabr 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















