Britaniya “Lukoil” şirkətinin xarici aktivlərini müvəqqəti olaraq sanksiya siyahısından çıxarıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Böyük Britaniya hökuməti “Lukoil” şirkətinin xarici aktivlərini müvəqqəti olaraq sanksiyalardan çıxarıb.
APA "RBK"ya istinadən xəbər verir ki, bu barədə məlumat Krallığın Maliyyə Nazirliyinin saytında dərc olunub.
Qərara əsasən, Rusiyanın enerji şirkətinin beynəlxalq aktivlərinə aid ümumi lisenziya 27 noyabr 2025-ci ildən 26 fevral 2026-cı ilədək qüvvədə olacaq. Bu müddət ərzində Lukoil International və onun törəmə şirkətləri ilə mövcud və ya yeni bağlanmış müqavilələr çərçivəsində ödənişlərin edilməsi və qəbuluna icazə veriləcək.
Nazirliyin bəyanatında vurğulanır ki, bu lisenziya Lukoil International şirkətləri ilə biznes əməliyyatlarının davam etdirilməsinə imkan yaradır.
Bu mövzuda digər xəbərlər:Lukoil xarici aktivlərini satacaq
19 Noyabr 2025 10:22
Britaniya hökuməti Fərhad Əhmədovu sanksiyalar siyahısından çıxarıb
20 Mart 2025 23:00
Səfir “Lukoil” şirkətinin təsisçisi ilə görüşdü
02 Mart 2025 20:30
Britaniya “Lukoil”ə sanksiyaları DAYANDIRDI
28 Noyabr 2025 00:56
Moldova Lukoil in aktivlərini alacaq
07 Noyabr 2025 16:17
Baxış sayı:79
Bu xəbər 28 Noyabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















