Icma.az
close
up
RU
Britaniya nazirini daşıyan təyyarədə GPS yoxa çıxdı

Britaniya nazirini daşıyan təyyarədə GPS yoxa çıxdı

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniyanın müdafiə naziri Con Hilini daşıyan hərbi təyyarənin Rusiya sərhədi yaxınlığında uçuş zamanı GPS siqnalı itib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hadisə nazirin Estoniyaya səfərindən sonra baş verib. Belə ki, Estoniyanın cənub-şərqində yerləşən Britaniya hərbi bölmələrinə baş çəkən Con Hili mayın 21-də ölkəsinə qayıdarkən problemlə üzləşib.

Məlumata görə, naziri daşıyan “Dassault Falcon 900LX” tipli təyyarənin GPS sistemi təxminən üç saatlıq uçuş boyunca işləməyib. Pilotlar bu səbəbdən alternativ olaraq xarici siqnallardan asılı olmayan inertial naviqasiya sistemindən istifadə ediblər.

Hadisə zamanı sərnişinlərin telefon və kompüterləri internetə qoşula bilməyib, təyyarənin idarəetmə panelinin bəzi hissələrində də qısamüddətli nasazlıq yaranıb. Buna baxmayaraq, uçuşun təhlükəsizliyi risk altına düşməyib.

Britaniya mediası hadisənin Rusiya tərəfindən həyata keçirilən elektron müdaxilə ola biləcəyini yazsa da, bunun məqsədli hücum olub-olmadığı hələlik dəqiq məlum deyil. Müdafiə mənbələri isə baş verənləri “təhlükəli və məsuliyyətsiz müdaxilə” kimi qiymətləndiriblər.

Qeyd edək ki, oxşar hadisə 2024-cü ildə də yaşanmış, sabiq müdafiə naziri Grant Shappsı daşıyan təyyarənin GPS siqnalının Kalininqrad yaxınlığında pozulduğu bildirilmişdi.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 May 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see277

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see246

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see236

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see226

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see205

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see196

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see189

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see187

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see175

“Sabah”ın legioneri ehtiyatda qaldı

24 Sentyabr 2026 21:13see168

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see166

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see157

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see154

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri