Britaniya polisi Londonda İranı dəstəkləyən yürüşü qadağan edib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
London, 11 mart, AZƏRTAC
Böyük Britaniya polisi Londonda martın 15-də keçirilməsi planlaşdırılan İranı dəstəkləyən yürüşü qadağan edib.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, qərar İranla bağlı müharibə fonunda son dərəcə gərgin vəziyyət və əks etirazların yaranma riski ilə əsaslandırılıb.
Söhbət hər il keçirilən “Əl-Qüds” yürüşündən gedir. Bu tədbir İslam İnsan Haqları Komissiyası tərəfindən təşkil olunur. Polis bildirib ki, təşkilat İranın dini rəhbərliyini dəstəkləyən mövqe nümayiş etdirir.
Böyük Britaniyada etiraz aksiyalarının qadağan olunması üçün hüquqi hədd olduqca yüksəkdir. Polis qeyd edib ki, bu səlahiyyətdən son 14 ildə ilk dəfə istifadə olunur. Hüquq-mühafizə orqanları ictimai asayişin pozulması riskini “ciddi” kimi qiymətləndirib.
Qadağa daxili işlər naziri Şabana Mahmudun təsdiqi ilə qüvvəyə minib. Bu qərar yalnız yürüşə deyil, eyni zamanda, ona qarşı təşkil oluna biləcək bütün əks etiraz aksiyalarına da şamil olunur.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 11 Mart 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















