Icma.az
close
up
RU
Britaniya şahzadəsi tituldan məhrum edildi Kral sarayından da uzaqlaşdırıldı

Britaniya şahzadəsi tituldan məhrum edildi Kral sarayından da uzaqlaşdırıldı

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Böyük Britaniya kralı III Çarlz qardaşı, şahzadə Endrünü titulundan məhrum edib. Bundan sonra o, "Endrü Mauntbetten-Vindzor" adlanacaq.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, bu barədə Bukinqem sarayı bəyanat yayıb.

Kralın bu qərarı qardaşının maliyyəçi Cefri Epşteyn, eləcə də seksual cinayətlərə görə məhkum edilmiş amerikalı prodüser Harvi Vaynşteyn ilə yaxın əlaqələri ilə izah olunur. Şahzadə Vindzordakı Royal Loc malikanəsini tərk etməli olacaq. Kral şəxsi vəsaiti ilə onun köçünü həyata keçirəcək.

65 yaşlı Endrü Çarlzın kiçik qardaşı, mərhum Kraliça Yelizavetanın ikinci oğludur. Son illər onun davranışı, Epşteyn ilə əlaqələri tənqid olunub. Bukinqem sarayı bildirir ki, şahzadə ona ittihamları inkar etsə də, cəza tədbirləri zəruri sayılır.

2021-ci ildə amerikalı Virciniya Cufre şahzadəyə qarşı seksual zorakılıq iddiası ilə məhkəməyə müraciət edib. O, şahzadə ilə yetkinlik yaşına çatmamış cinsi əlaqədə olduğunu iddia edib. Onu şahzadəyə Epşteynin "təqdim" etdiyini iddia edib. Şahzadə iddiaları rədd edib.

Bu ilin aprelində Cufrenin intihar etdiyi açıqlanıb. Oktyabrda Böyük Britaniyada onun xatirələri nəşr olunub. Bu hadisə şahzadənin Epşteyn ilə əlaqələrini yenidən diqqət mərkəzinə gətirib. BBC araşdırıb ki, Endrü 2006-cı ildə Epşteyni, onun sevgilisini və Vaynşteyni böyük qızının 18 yaşını qeyd edəndə qəbul edib. Bu fakt isə onun Epşteyn ilə əlaqəsinin iddia olunduğundan daha dərinə getdiyini göstərə bilər.

Oktyabrın əvvəlində Endrü "York hersoqu" titulundan imtina edilib. 2022-ci ildə isə o, kral ailəsinin üzvü kimi rəsmi vəzifələrini dayandırıb, səkkiz fəxri hərbi titulundan imtina edib. Amma şahzadənin tituldan məhrum edilməsi onun Britaniya taxt-tacına varislikdən çıxarılması demək deyil. O, varislik siyahısında səkkizinci yerdədir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 Oktyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri