Icma.az
close
up
RU
Britaniya şokda: Rusiyalı hakerlər...

Britaniya şokda: Rusiyalı hakerlər...

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Britaniya Müdafiə Nazirliyi kiberhücumla üz-üzə qalıb. 

Rusiyalı hakerlər ölkənin 8 hərbi bazasına dair məxfi sənədləri və şəxsi məlumatları ələ keçirərək internetdə yayıblar.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İngiltərənin “Daily Mirror” qəzeti məlumat yayıb.

Bildirilir ki, hücuma məruz qaldığı iddia edilən bazalardan biri, ABŞ Hava Qüvvələrinə məxsus “F-35” döyüş təyyarələrinin və ehtimal ki, nüvə silahlarının yerləşdiyi RAF Lakenheath bazasıdır.

Kiberhücum edənlərin Müdafiə Nazirliyinin (MoD) istifadə etdiyi texniki xidmət və tikinti podratçısı olan “Dodd Group” şirkətinin sistemlərini sındıraraq hərbi kibertəhlükəsizlik maneələrini aşdığı bildirilir.

Yayılan sənədlər arasında Müdafiə Nazirliyi əməkdaşlarının adları və e-poçt ünvanlarının yer aldığı iddia olunur. Hücumun arxasında Rusiyaya bağlı olduğu güman edilən “Lynx” adlı haker qrupunun dayandığı şübhə edilir.

İngiltərə Müdafiə Nazirliyi məsələ ilə bağlı verdiyi açıqlamada, “Milli maraqlara risk yarada biləcək kibertəhdidlərə qarşı güclü və proaktiv yanaşma tətbiq edirik. Müdafiə Nazirliyi ilə bağlı məlumatların qaranlıq internetdə yayımlandığı iddialarını aktiv şəkildə araşdırırıq”, - deyə bildirib.

Bu hadisə İngiltərədə kibertəhlükəsizlik sistemlərinə dair artan narahatlıqlar fonunda baş verib. Milli Kibertəhlükəsizlik Mərkəzinin (NCSC) ötən həftə verdiyi xəbərdarlıqda, ölkədə kibertəhlükəsizlik hücumlarının sayının sentyabr ayına qədər olan bir illik dövrdə 204-ə çataraq rekord səviyyəyə yüksəldiyi qeyd olunmuşdu.

Bundan əlavə, ötən il maaş sisteminə qarşı həyata keçirilən genişmiqyaslı bir kibertəhlükəsizlik hücumunda 272.000-ə qədər şəxsi məlumatın təsirlənmiş ola biləcəyi açıqlanmışdı.“Daily Mirror” qəzetinin iddiaları rəsmi orqanlar tərəfindən müstəqil şəkildə təsdiqlənməyib.

İngiltərə Müdafiə Nazirliyi məsələni araşdırdığını, lakin iddiaları hələlik nə təsdiqlədiyini, nə də təkzib etdiyini bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see335

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see319

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see259

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see237

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see226

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see221

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see215

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see213

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see207

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see184

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see182

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see179

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see175

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see170

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see164

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see164

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see163

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

24 Avqust 2026 01:34see151

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see150

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri