Icma.az
close
up
RU
Britaniyada idarəçiliyin optimallaşdırılması məqsədilə dövlət orqanlarında yüzlərlə iş yeri bağlanılacaq

Britaniyada idarəçiliyin optimallaşdırılması məqsədilə dövlət orqanlarında yüzlərlə iş yeri bağlanılacaq

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 7 aprel, AZƏRTAC

Böyük Britaniya “qlobal qeyri-sabitliyin yeni erası” adlandırdığı bir şəraitdə xərcləri azaltmaq və məhsuldarlığı artırmaq üçün dövlət strukturlarında islahatlar çərçivəsində yüzlərlə müstəqil dövlət qurumunu bağlaya biləcəyini bəyan edib.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyada yüzlərlə “qonqo” və ya kvazi-muxtar qeyri-hökumət təşkilatı var. “Reuters” xəbər verir ki, onlar vergiödəyiciləri tərəfindən maliyyələşdirilir, lakin nazirlər tərəfindən idarə olunmur. Bu qurumlara “Health and Safety Executive”, “Network Rail” və “Migration Advisory Committee” kimi hökumət orqanları daxildir.

Maliyyə naziri Reyçel Rivz ABŞ Prezidenti Donald Trampın iqtisadi artım proqnozlarını aşağı salan tariflərinin təsirləri ilə məşğul olarkən maliyyə qaydalarına riayət etməyə çalışdığı üçün hazırda Britaniya kəmər sıxma rejimindədir.

Hökumət xəbərdarlıq edib ki, qlobal qeyri-sabitlik bürokratiya islahatlarında “daha da sürətlə irəliləməyi” zəruri edəcək.

Keçən ay Britaniyanın Baş naziri Kir Starmer yüz milyonlarla funt-sterlinqə qənaət etmək üçün səhiyyə xidmətinə nəzarət edən orqan – “NHS England”ı ləğv etdiyini və onun funksiyalarını hökumətin Səhiyyə Departamentinə qaytardığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri