İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953 cü ildə başlayıb
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ rəsmiləri iddia edirlər ki, İranla müharibəni Amerika yox, 1979-cu ildə İslam İnqilabı başladıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.
"İranla bağlı ABŞ rəsmilərinin məsuliyyətdən yayınmaq məqsədilə irəli sürdükləri yeni, aldadıcı narrativ belədir: İranla müharibəni Amerika başlamayıb, bu müharibəni 1979-cu il İran İslam İnqilabı başladıb!" – o bildirib.
Bəqai xatırladıb ki, ABŞ danışıqların davam etdiyi doqquz ay ərzində İrana qarşı iki dəfə hərbi əməliyyatlar həyata keçirib:
"Onlar İranın Ali Rəhbərini (Əli Xamenei) və yüksək vəzifəli rəsmilərini qətlə yetirib, qadın, uşaqlarımızın ölümünə, yaralanmasına səbəb olub, həyati əhəmiyyətli infrastrukturumuzu dağıdıblar.
ABŞ administrasiyası hərbi və siyasi dalana dirəndikdən sonra indi həm müharibəyə başlamaq məsuliyyətini inkar etməyə, həm də qələbə narrativi yaratmaqla qarşıya qoyduğu məqsədlərə nail ola bilməməsini gizlətməyə çalışır".
Onun sözlərinə görə, ABŞ münaqişənin yaranması kimi 1979-cu il yox, 1953-cü ili xatırlamalıdır.
Xatırladaq ki, 1953-cü ilin avqustunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Böyük Britaniya kəşfiyyatının (MI6) birgə dəstəyi ilə İranda həyata keçirilmiş dövlət çevrilişi ("Ayaks" əməliyyatı) baş naziri Məhəmməd Müsəddiqin hakimiyyətdən devrilməsi ilə nəticələnib. Bu əməliyyat nəticəsində Şah Məhəmməd Rza Pəhləvinin mütləq hakimiyyəti bərpa olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 15 Noyabr 2026 02:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















