Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Qağayılar Böyük Britaniya sakinlərinə baha başa gəlir. Belə ki, bu quşların yemək oğurlaması nəticəsində vurduğu illik ziyan 171 milyon funt sterlinq həcmində qiymətləndirilir.
Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələrini "Independent" qəzeti təqdim edib.
Britaniya qağayıları öz aqressiv davranış tərzi ilə bədnam şöhrət qazanıblar. Onlar sahildəki ənənəvi "fiş-end-çips"dən (balıq və kartof qızartması) tutmuş, insanların sıx olduğu şəhər küçələrindəki populyar fastfud şəbəkələrinin hot-doqlarına qədər hər şeyin ovuna çıxırlar.
"Compare the Market" tərəfindən keçirilən sorğuya əsasən, ölkə əhalisinin 71%-i artıq quşların onların naharını əllərindən almağa çalışması və ya uğurla oğurlaması halı ilə qarşılaşıb.
Quşların ən çox qənimətinə çevrilən təam balıq və kartof qızartması porsiyalarıdır (72%). İkinci və üçüncü yerlərdə isə sendviçlər (21%) və dondurma (20%) qərarlaşıb. Qağayılar təkcə yeməklə məhdudlaşmırlar. Quşlar tərəfindən içkilərin (7%) və hətta uşaq oyuncaqlarının (9%) oğurlanması halları da qeydə alınıb.
Maliyyə analitiki Çarli Evans qeyd edib ki, insanlar saniyənin onda birində diqqətlərini yayındırdıqda belə vəziyyətlər baş verir. Onun sözlərinə görə, qağayılar təkcə yemək oğurlamır, həm də britaniyalıların cibinə real ziyan vururlar.
Bu cür halların fəsadları insanların davranışlarında da nəzərə çarpır. Belə ki, artıq vətəndaşların 76%-i küçədə yemək yemək vərdişlərini dəyişib, üçdə biri isə yeməyi atmağa və ya quşlara verməyə məcbur olduğunu etiraf edib. Öz naharını xilas etmək üçün sorğu iştirakçılarının 43%-i yeməyi gizlədir, 31%-i isə onu mümkün qədər tez yeməyə çalışır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 27 Avqust 2026 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















