Icma.az
close
up
RU
Britaniyada yaşayan azərbaycanlı mütəxəssis: Məqsədimiz Azərbaycanın IT ekosistemini qlobal şəbəkəyə daha sıx inteqrasiya etməkdir

Britaniyada yaşayan azərbaycanlı mütəxəssis: Məqsədimiz Azərbaycanın IT ekosistemini qlobal şəbəkəyə daha sıx inteqrasiya etməkdir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 noyabr, AZƏRTAC

Əsrimiz elm, texnologiya, innovasiyalar, süni intellekt əsridir. Rəqəmsallaşma və süni intellektin dövlət idarəçiliyi, sosial xidmətlər və əmək bazarına təsiri çox böyükdür. Bu baxımdan dövlət, özəl sektor və təhsil müəssisələrinin birgə şəkildə bootkamplar və hakatonlar təşkil etməsi, həmçinin beynəlxalq şirkətlərlə tərəfdaşlıq qurması çox önəmlidir. Doğru platforma yaradılarsa, azərbaycanlı gənclərin qlobal informasiya texnologiyaları (IT) layihələrində rəqabət aparmaq üçün potensialı kifayət qədər yüksəkdir. Vətəndən xaricdə yaşasaq da, ürəyimiz Azərbaycanla döyünür. Biz Azərbaycanın IT ekosistemini qlobal şəbəkəyə daha sıx inteqrasiya etməyi qarşıya məqsəd qoymuşuq.

Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Böyük Britaniyada fəaliyyət göstərən “Quberts Technologies” şirkətinin təsisçisi, IT sahəsində peşəkar mütəxəssis Fərid Baxışlı deyib.

Karyerasına texniki mühitdə başlayan, sonra layihə idarəçiliyi və komanda rəhbərliyi üzrə bacarıqlarımı inkişaf etdirən F.Baxışlı menecment kimi ABŞ mərkəzli qlobal IT autsorsinq şirkəti “Jaxel Inc”in Azərbaycandakı regional ofisinin baş icraçı direktoru kimi fəaliyyət göstərib. Artıq onun informasiya texnologiyaları sahəsində 10 ildən çox təcrübəsi var.

“Son illərdə qazandığım təcrübəni və formalaşdırdığımız peşəkar ekosistemi daha sistemli şəkildə davam etdirmək üçün həmkarlarım Yusif Cəbrayılov və Əli Əbdiyev ilə birlikdə Londonda “Quberts Technologies” şirkətini təsis etmişik. Biz texnologiya şirkəti olaraq bizneslərə proqram təminatının inkişafı, bulud transformasiyası, data analitika, dizayn və IT təhlükəsizliyi üzrə həllər təqdim edir, “sürətli, məsuliyyətli və məhsulyönümlü” yanaşma ortaya qoyuruq. Bu platforma vasitəsilə həm beynəlxalq bazarda səmərəli rəqəmsal həllər təqdim edir, həm də azərbaycanlı mütəxəssislərin qlobal layihələrə inteqrasiyasına, onların bilik və potensialının daha geniş miqyasda tanıdılmasına şərait yaradırıq”, - deyə o bildirib.

Müsahibimizin sözlərinə görə, “Quberts Technologies” şirkətinin beynəlxalq bazarda mövcudluğu Azərbaycan IT mütəxəssislərinin peşəkarlığını və potensialını xaricdə nümayiş etdirməyə imkan verir. Bu, həm ölkəmizin texnoloji imicinə müsbət təsir edir, həm də “Azərbaycanlı mütəxəssis” brendinin formalaşmasına xidmət göstərir. Prioritetlərimizdən biri də peşəkar azərbaycanlı mütəxəssislərlə işləmək və gələcəkdə onların oxşar layihələr vasitəsilə beynəlxalq layihələrə çıxışını təmin etməkdir. Bu, həm yeni iş imkanları yaradır, həm də Azərbaycanda formalaşan IT üzrə kadrların “beyin şəbəkəsi” prinsipi ilə Vətənə bağlı qalmasına şərait yaradır. Məqsəd Azərbaycanda həm texniki biliklərin, həm də düzgün layihə idarəçiliyi, məhsul mədəniyyəti və qlobal düşüncə tərzinin güclənməsinə töhfə verməkdir. Hazırda beynəlxalq IT layihələri və şirkətin daxili məhsulu olan “Safe Circle” layihəsi üzərində işləyirik.

Rəqəmsallaşma və süni intellektin gündəlik həyatımıza üç əsas istiqamətdə dəyişiklik gətirdiyini vurğulayan IT mütəxəssisi deyib: “Dəyişikliklər əsasən dövlət idarəçiliyi, sosial xidmətlər və əmək bazarına təsirdə özünü göstərir, bu sahələrdə təsirini artırır. Müasir dövrdə bu sahənin mütəxəssisləri üçün texniki bilik və yaradıcı düşüncənin bir arada olması çox mühümdür. Texniki bilik bazadır, yəni, memarlığı anlamayan tərtibatçı, təhlükəsizliyi bilməyən mühəndis və ya sistemi dərk etməyən analitik uzunmüddətli dəyər yarada bilmir. Ancaq artıq yalnız kod yazmağı bilmək kifayət deyil. Bugünkü layihələrdə fərqləndirən cəhət problemi biznes baxımından başa düşmək, qeyri-standart həll tapmaq, müştərinin ehtiyacını əvvəlcədən görmək və komanda ilə aydın ünsiyyət qurmaqdır. Bu, artıq yaradıcı düşüncə, sistemli yanaşma və sahibkar təfəkkürüdür”.

Həmyerlimizin fikrincə, IT sahəsində ən uğurlu mütəxəssis həm dərin texniki savada malik olub, həm də “Bu həll real həyatda necə işə yarayacaq?” sualını verə biləndir. “Məncə, süni intellekt insan yaradıcılığını əvəz edən yox, gücləndirən alətdir. Amma şərt odur ki, ondan düzgün istifadə edilsin. Gələcəyin güclü mütəxəssisi süni intellekti rəqib kimi yox, “yaradıcı həmkar” kimi istifadə edən insandır”, - deyə o əlavə edib.

Azərbaycanlı gənclərin beynəlxalq IT layihələrində iştirakına münasibət bildirən Fərid Baxışlı diqqətə çatdırıb ki, bu məqsədlə gənclərin öz baza standartlarını inkişaf etdirmələri, komandada işləmək bacarıqları, real təcrübə, qlobal iş qaydalarını bilmələri çox önəmlidir.

“Gələcək planlarımdan biri də Azərbaycan–Britaniya elmi-texnoloji əməkdaşlığının gücləndirilməsidir. Bu məqsədlə Azərbaycanla Böyük Britaniya şirkətləri, ali təhsil ocaqları arasında birgə layihələr və təcrübə proqramlarını təşviq etməyə çalışırıq. Bundan başqa, süni intellekt, kibertəhlükəsizlik sahələrində birgə tədqiqat və pilot layihələr üçün platformalar yaratmağı qarşıya məqsəd qoymuşuq. Qısacası, gələcək planım fərdi karyeramı Azərbaycanın IİT ekosistemi üçün körpüyə çevirmək, Londonda qazandığımız bilik, şəbəkə və etimadı gənclərin, yerli institutların xeyrinə işlətməkdir”, - deyə Fərid Baxışlı əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri