Britaniyadakı uşaq bağçaları şəbəkəsinə kiberhücum olub, minlərlə uşağın məlumatları oğurlanıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
London, 28 sentyabr, AZƏRTAC
Hakerlər Böyük Britaniyada fəaliyyət göstərən “Kido” uşaq bağçaları şəbəkəsinə kiberhücum edərək təxminən 8 min uşağın şəkillərini, adlarını və ünvanlarını ələ keçirdiklərini bildiriblər.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, cinayətkar qrup bu məlumatlardan şirkəti şantaj etmək üçün istifadə edir. “Kido” şirkətinin Londonda və ətraf ərazilərdə 18, ABŞ və Hindistanda isə əlavə filialları fəaliyyət göstərir.
Hakerlər, həmçinin uşaqların valideynləri, baxıcıları və onların təhlükəsizliyi ilə bağlı qeydlər barədə də məlumatlara sahib olduqlarını iddia edirlər. Onların bəzilərinin valideynlərlə birbaşa telefonla əlaqə saxladığı da bildirilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 28 Sentyabr 2025 00:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















