Britaniyadan Rusiyaya qarşı yeni sanksiyalar KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 9 bəndlik əlavələrlə genişləndirib.
KONKRET.az-ın xəbərinə görə, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.
Bildirilib ki, “qara siyahı”ya Rusiyanın kimyəvi silah yaradılması proqramı ilə əlaqəli olduğu iddia edilən 7 şəxs və 2 elmi-tədqiqat institutu daxil edilib.
Britaniya hökuməti iddia edir ki, sanksiyalara məruz qalan şəxslər yüksək toksikli zəhərli maddə olan “Noviçok” epibatidinin hazırlanmasında iştirak ediblər.
“Noviçok” yüksək toksikli fosfor orqanik zəhərli maddələr qrupudur. Açıq mənbələrə görə, bu birləşmələr 1970-ci illərdən bəri SSRİ-də hazırlanırdı, hazırda isə kimyəvi silahın qadağan edilməsinə dair Konvensiya ilə qadağan edilib.
Qeyd edək ki, iyunun 16-da Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını 43 maddə ilə böyütmüşdü. Məhdudiyyətlər altına həmçinin Londonun Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin əməkdaşları olduğuna inandığı 9 şəxs də daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 06 İyul 2026 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















