Icma.az
close
up
RU
Britaniyalı bioloqlar ürək əzələsinin əsasının formalaşmasını hüceyrə səviyyəsində izləyiblər

Britaniyalı bioloqlar ürək əzələsinin əsasının formalaşmasını hüceyrə səviyyəsində izləyiblər

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 14 may, AZƏRTAC

Britaniyalı alimlər embrion inkişafının ən erkən mərhələlərindən olan qastrulyasiya zamanı ürək əzələsinin əsasının necə formalaşdığını ilk dəfə ayrı-ayrı hüceyrələr səviyyəsində müşahidə etməyə nail olublar.

AZƏRTAC xəbər verir ki, London Universitet Kollecinin (UCL) mətbuat xidmətinin yaydığı məlumata görə, tədqiqat nəticəsində ürəyin formalaşmasına cavabdeh olan bir neçə fərqli hüceyrə qrupu aşkar edilib.

“Apardığımız təcrübələr göstərdi ki, gələcək ürək toxuması hüceyrələrinin ixtisaslaşması və miqrasiyasını idarə edən inkişaf proqramı əvvəllər düşündüyümüzdən xeyli tez işə düşür. Bu isə ürəyin formalaşması ilə bağlı təsəvvürlərimizi əsaslı şəkildə dəyişir. Görünür ki, bu hüceyrələrin xaotik hərəkətləri əslində gizli qanunauyğunluqlarla idarə olunur”, – deyə UCL-in baş elmi əməkdaşı Kenzo İvanoviç bildirib.

Bu nailiyyət yeni biovizualizasiya metodikası sayəsində əldə olunub. Metodika embrionun ilkin inkişaf mərhələlərində konkret hüceyrə tiplərinin hərəkətini izləməyə imkan verir. Bu isə, əsas funksiyalarına toxunmadan, embrion inkişafında mühüm rol oynayan ferment və zülallara işıqsaçan markerlərin birləşdirilməsi texnologiyası ilə mümkün olub.

Alimlər bunun üçün bu peptidlərin sintezini təmin edən genə xüsusi DNT ardıcıllığı əlavə ediblər. Bu ardıcıllıq hüceyrələrə toplanmış amin turşusu zəncirlərini iki müstəqil hissəyə ayırmağa imkan verir. Eyni üsulla ürək əzələsinin əsas zülallarından birini kodlaşdıran TNNT2 genini modifikasiya edərək qastrulyasiya zamanı bu genin hansı hüceyrələrdə və nə vaxt aktivləşdiyini izləyiblər.

Tədqiqat göstərib ki, ürəyin formalaşması prosesi erkən, qastrulyasiyanın ilk bir neçə saatı ərzində başlayır. Bu prosesə bir-biri ilə əlaqəli olmayan bir neçə hüceyrə qrupu cəlb olunur. Onlar ilkin inkişaf mərhələlərində ürəyin gələcək hissələrinin konkret yerlərinə doğru hərəkət etməyə başlayır və qulaqcıqları, mədəcikləri, qapaqları və orqanın digər hissələrini yaratmağa başlayırlar.

“Ürək yalnız bir hüceyrə qrupundan yox, qastrulyasiyanın müxtəlif mərhələlərində və embrionun müxtəlif yerlərində yaranan bir neçə fərqli hüceyrə koalisiyasından formalaşır. Hazırda biz bu mürəkkəb hüceyrə “xoreoqrafiyasını” idarə edən və ürəyin formalaşdığı ilkin mərhələlərlə əlaqəsi olan siqnal mexanizmlərini araşdırırıq. Bu məlumatlar bizə ürəyin anadangəlmə qüsurlarının necə yarandığını daha yaxşı anlamağa kömək edəcək”, – deyə UCL-in elmi işçisi Şayma Abukar bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri