Icma.az
close
up
RU
Azərbaycan Türk dünyasının birləşməsinin əsasının qoyulmasında öz möhürünü vurub

Azərbaycan Türk dünyasının birləşməsinin əsasının qoyulmasında öz möhürünü vurub

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nadir Azəri: "Türk birliyinin daha da güclü olması üçün üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik"

“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə kiçik qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Müasir türk birliyinin kommunikasiya əsasları” adlı layihənin icrasını uğurla başa çatdırmaqdadır.

CASCFEN sədri, Əməkdar jurnalist Nadir Azəri qəzetimiz vasitəsilə əvvəlcə layihəyə verilən dəstəyə görə Azərbaycan dövlətinə, QHT sektoruna diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, türk dünyası ilə bağlı məsələlərə xüsusi həssaslıq göstərən və hər zaman bu sektora dəstək verən QHT-lərə Dövlət Dəstəyi Agentliyinə dərin minnətdarlığını bildirib.

Nadir Azəri qeyd edib ki, 1 avqust-31 oktyabr tarixlərini əhatə edən layihənin məqsədi müasir dövrdə Türk dünyasının birliyinə gedən yolda göstərilən səyləri, Azərbaycanın, o cümlədən 2024-cü ildə 100 yaşı olan Naxçıvan Muxtar Respublikasının bu istiqamətdə oynadığı rolu, müasir türk birliyinin, belə deyək ki, hüquqi əsası sayılan və 2009-cu il oktyabrın 3-də imzalanan Naxçıvan Sazişinin əhəmiyyətini müxtəlif tədbirlərlə Türk dünyası ictimaiyyətinə, xüsusilə də gənclərə və məktəblilərə çatdırmaq olub: “Qeyd edim ki, layihə çərçivəsində bir sıra işlərin görülməsi, Naxçıvanda və Türkiyənin Eskişehir şəhərində “Müasir türk birliyinə açılan qapı - Naxçıvan Sazişi” adlı konfransın, həmçinin, Naxçıvan məktəbliləri arasında fərdi inşa yazı müsabiqəsinin keçirilməsi, ən nəhayət mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk dövlətlərindən olan mütəxəssislərin fikirləri əsasında 3 məqalənin hazırlanması nəzərdə tutulmuşdu. Qeyd edim ki, bütün bu sadalanların hər bir reallıaşıb. Artıq qısa işlər var ki, onları da tamamlayıb, oktyabrın 31-də layihəmizi uğurla yekunlaşdıracayıq”.

N.Azəri əlavə edib ki, Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr verib.

Onu da bildirmək yerinə düşər ki, strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirib. Lakin bu tarixi diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf edib: “O cümlədən yuxarıda qeyd etdiyimiz kimi Naxçıvan həm də müasir türk birliyinin hüquqi əsasının qoyulduğu məkan kimi də tarixə düşüb. Heç şübhəsiz ki, müasir türk birliyinin təməlində də Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi qiymətli dəyərləndirməsi ilə tarixə düşən Türkiyə-Azərbaycan qardaşlığı dayanır”.

CASCFEN sədri bildirib ki, məqalələrin hazırlanması zamanı müsahiblər xüsusi həssaslıqla seçilib: “Eyni zamanda, vurğulayım ki, bu 3 məqalə hazırlanarkən Manisa Azerbaycan Kültür ve Dayanışma Derneğinin başqanı Şentürk Hoşgül, Pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Müəllimlər İnstitutunun dosenti Ruhəngiz Əliyeva, Kuzey Kıbrıs Türk Cümhuriyyətindən (KKTC) olan araşıdrmaçı-yazar Züleyha Karaman, Türkiyənin Osmaniye Korkut Ata Üniversitetinin İktisadi ve İdari Bilimler Fakultəsinin dekan yardımcısı Dos. Dr. Fatih Çağatay, həmçinin həmin Sazişin imzalanmasının canlı şahidi, həmin vaxt qardaş Türkiyənin Azərbaycandakı səfiri olmuş Huluci Kılıçın fikirlərinə aldıq. Onlaırn fikirlərini əks olunduğu 3 geniş məqalə hazırladıq. Azərbaycanda və türk dünyasının bir neçə digər ölkələrində yayımlanan həmin məqalələrdə də qeyd edildiyi kimi müasir türk birliyinin hüquqi əsasının qoyulduğu yer kimi tarixə düşən Naxçıvan eyni zamanda bütün türk torpaqlarının birləşdiyi məkan kimi də dünyanın diqqət mərkəzindədir. Bəlli olduğu kimi 2021-ci il noyabrın 12-də İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VIII Zirvə Görüşündə dünyanın siyasi sistemində önəmli bir platformaya çevrilməkdə olan Türk Şurasının artıq Türk Dövlətləri Təşkilatı (TDT) adı ilə fəaliyyətini davam etdirməsi haqqında qərar qəbul edilib. TDƏŞ isə məhz türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış və bu il 15 illiyi qeyd edilən Naxçıvan Sazişinə əsasən yaradılmışdır. TDT daxilində aparıcı rol oynayan ölkələrdən biri kimi Azərbaycan eyni zamanda Türk dünyasının birləşməsinin əsasının qoyulmasında da öz möhürünü vurub. Yəni TDT-nin əsası, əslində, məhz türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişi ilə qoyulub”.

N.Azərinin açıqlamasında o da qeyd edilib ki, layihə çərçivəsində oktyabrın 3-də Naxçıvanda, oktyabrın 19-da isə Türkiyədə, Eskişehirdə “Müasir türk biliyinə açılan qapı - Naxçıvan Sazişi” adlı konfrans keçirilib.

Naxçıvan Gənclər Fondunda keçirilən konfransı giriş sözü ilə açan CASCFEN sədri, Əməkdar Jurnalist Nadir Azəri bildirib ki, layihənin məqsədi həm Türk dünyasının birliyinə gedən yolda göstərilən səyləri, həm də Azərbaycanın bu istiqamətdə oynadığı rolu, 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişinin əhəmiyyətini müxtəlif tədbirlərlə Türk dünyası ictimaiyyətinə, xüsusilə də gənclərə və məktəblilərə çatdırmaqdır.

Layihə üzrə ekspert, Pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Müəllimlər İnstitutunun dosenti Ruhəngiz Əliyevanın moderatorluğu ilə davam edən konfransda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Xalq Artisti Polad Bülbüloğlunun və İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədir Fazil Mustafanın konfransa ünvanladıqları təbrik məktubları oxunub.

Sonra Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, Naxçıvan Ali Məclisinin deputatı Azad Novruzov, Türkiyənin Azərbaycandakı keçmiş hərbi ataşesi Dr. Yücel Karauz çıxış edib. Həmçinin Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın və Türkiyənin Milli Savunma Universiteti Kara Harp Okulunun dekanı Doç. Dr İbrahim Etem Atnurun videoçıxşları dinlənilib.

Sonda layihə çərçivəsində Naxçıvan məktəbliləri arasında mövzu ilə bağlı keçirilən fərdi inşa yazı müsabiqəsinin 10 finalçısı və üç qalibi mükafatlandırılıb və xatirə fotosu çəkilib.

Türkiyədə, Eskişehirdə keçirilən və Eskişehir Azərbaycanlılar Dərnəyinin ev sahibliyi etdiyi konfransda isə öncə Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Eldar Əliyev, CASCFEN-in sədri Nadir Azəri, Manisa Azərbaycanlılar Dərnəyinin sədri Şentürk Hoşgül, Bursa Uludağ Universitetinin professoru Mehmet Yüce, və Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi Yücel Karauz çıxış ediblər.

N.Azəri bildirib ki, sonra layihə üzrə ekspert, Beynəlxalq “Alaş” Mükafatı laureatı Əkbər Qoşalının moderatorluğu ilə davam edən panel iclasında layihə üzrə ekspert, Naxçıvan Müəllimlər İnstitutunun dosenti Ruhəngiz Əliyeva, Anadolu Universitetinin Heydər Əliyev Mərkəzinin rəhbəri professor Burhan Sayılır və Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayılın mövzu ilə bağlı məruzələri dinlənilib: “Qeyd edim ki, maraqlı çıxışlarla yaddaqalan konfransda həm bu günə kimi atılan addımlar, əldə edilən nəticələr yüksək dəyərləndirildi, həm də müasir türk birliyinin daha da dərinləşməsi üçün təklif və fikirlər səsləndirildi. Belə bir ümumi fikir səsləndirildi ki, Türkiyə və Azərbaycan gənclərinin timsalında bunu bütün Türk dünyasının gəncləri bilməlidir. Həmçinin Türk dünyasının elm adamları bu yolda verilən mücadilələr barədə davamlı çıxışlar etməli, məqalələr yazılmalı, araşdırmalar aparılmalıdır. Yəni bu yolda bizlərin üzərinə daha böyük məsuliyytə düşür”.

Fikirlərini yekunlaşdıran Nadir Azəri sonda onu da əlavə edib ki, “biz qədim tariximizlə yanaşı, müasir tariximizi də dərindən öyrənməliyik. Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində bununla bağlı çox dəyərli fikirlər söyləyib. Cənab Prezident “bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. biz başqa yerdə ailə axtarmalıyıq” deyib. Hesab edirəm ki, biz QHT sektorunun təmsilçiləri bu çağırışa cavab olaraq daha məhsuldar çalışmalı, türk birliyinin daha da güclü olması üçün üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik. Eyni zamanda ümid edirəm ki, bizim bu layihəmiz də sözügedən istiqamətdə reallaşıdrılan siyasəti dəstək olaraq yadda qalacaq".

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Noyabr 2024 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see233

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see172

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see163

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see142

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see133

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see129

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see128

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see126

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see124

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see124

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see123

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see122

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see116

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see116

Piastri İspaniya Qran prisinə ilk pillədən start verəcək

31 May 2025 19:49see115

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see115

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see113

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see112

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see112

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri