Britaniyalı ekspertlər İdman Akademiyasında
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Azərbaycan İdman Akademiyasının (ASA) rektoru Fuad Hacıyev Kembric Universitetinin təhsil ekspertləri Ceyms Bidl və Dr. Reyçel Ceffersonla görüşüb.
Görüşdə Fuad Hacıyev Kembric Universiteti ilə əməkdaşlığın akademik heyətin peşəkar bacarıqlarının inkişafına, müasir təhsil yanaşmalarının öyrənilməsinə və tətbiqinə mühüm töhfə verdiyini bildirib. Qeyd olunub ki, Azərbaycanın böyük idman tədbirlərinə ev sahibliyi etməsi, eləcə də Akademiyanın məzunlarının yalnız yerli deyil, beynəlxalq əmək bazarına çıxması bu əməkdaşlığın əhəmiyyətini daha da artırır.
Kembric Universitetinin təhsil ekspertləri bu əməkdaşlığı yüksək qiymətləndirib və dəvətə görə ASA rəhbərliyinə təşəkkür ediblər.
Sonda gələcəkdə də təhsil sahəsində yeniliklərin və islahatların həyata keçirilməsi məqsədilə Akademiyanın Kembric Universiteti ilə əlaqələrinin davam etdirilməsi planlaşdırılıb.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 11 Sentyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















