Britaniyalı jurnalistlər Baku TVdə iş təəssüratlarını bölüşdülər
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) iştirakçılar və təşkilatçılar üçün ən böyük və həyəcanverici hadisələrdən biri olub".
Bunu Böyük Britaniyanın tanınmış jurnalistləri Miranda Şunke və Mariam Zaidi keçirilən tədbir zamanı "Baku TV International" xəbər kanalında işləmək təəssüratlarını bölüşərkən bildiriblər.
Aparıcılar azərbaycanlı həmkarlarının peşəkarlığını və kanaldakı atmosferi yüksək qiymətləndiriblər.
"Səmərəli əməkdaşlığımız sayəsində biz peşəkarlığın yeni tərəflərini kəşf etdik ki, bu da şübhəsiz gələcək fəaliyyətimizdə öz əksini tapacaq", - deyə britaniyalı jurnalistlər qeyd ediblər.
Onlar, həmçinin, COP29 konfransının Bakı və bütün Azərbaycan üçün əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, Şunke və Zaidi COP29 zamanı "Bakı TV" komandasına qoşularaq iki xəbər proqramı aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 21 Noyabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















