Britaniyalı müğənninin Qəbələ gəzintisi
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“GabalaFest” festivalının qonaqlarından olan britaniyalı müğənni Fredrik Ferrier Qəbələdə gəzintiyə çıxıb.
Axşam.az xəbər verir ki, sənətçi şəhər sakinləri ilə səmimi anlarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
“Qəbələdə gözəl insanlarla tanış oldum. Buranın insanları çox mehriban və istiqanlıdır. Eyni dildə danışmadıq, amma nədənsə bir-birimizi başa düşdük. Kimsə onun nə dediyini tərcümə edə bilər? Burada çıxış etməyə çox həyəcanlıyam” deyə, Fredrik paylaşımında yazıb.
Müğənni daha sonra “GabalaFest”in bağlanış gecəsində Xalq artisti Aygün Kazımova ilə eyni səhnəni bölüşüb. Ferrier bunun uzun illər arzuladığı an olduğunu bildirib və Pop diva ilə çıxış etməsini “xəyalım gerçəkləşdi” sözləri ilə dəyərləndirib. Bu əməkdaşlıq festivalın ən yaddaqalan çıxışlarından biri kimi tamaşaçıların böyük marağına səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 04 Avqust 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















