Britaniyanın ən çox axtarılan narkotik qaçaqmalçısı İspaniyada saxlanıldı
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Böyük Britaniyanın ən çox axtarılan narkotik qaçaqmalçılarından biri olan Simon Datton İspaniyada keçirilən əməliyyatda həbs edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya hakimiyyəti külli miqdarda kokain idxal edən 49 yaşlı Dattonun İspaniya Mülki Qvardiyası və Böyük Britaniya Milli Cinayət Agentliyi (NCA) arasında birgə əməliyyat nəticəsində həbs olunduğunu açıqlayıb.
Əməliyyat zamanı narkotik qaçaqmalçılığı və sənəd saxtakarlığı ittihamları ilə daha üç nəfər həbs edilib.
İspaniya hakimiyyəti Dattonun ekstradisiya prosesinin bir hissəsi olaraq Milli Məhkəmə qarşısına çıxarılacağını açıqlayıb.
Hakimiyyət orqanları İngiltərəyə göndərilmək üçün hazırlanmış çamadanda 16 kiloqram narkotik maddənin tapıldığını açıqlayıb.
Dattonun beynəlxalq həbs orderi ötən ilin sonunda verilmişdi.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 15 May 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















