Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Britaniyanın “Telegraph” və “The World of Fine Wine” nəşrlərində Azərbaycanda şərabçılığın inkişafından bəhs edən məqalələr yayımlanıb AZƏRTAC

Britaniyanın “Telegraph” və “The World of Fine Wine” nəşrlərində Azərbaycanda şərabçılığın inkişafından bəhs edən məqalələr yayımlanıb AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 noyabr, AZƏRTAC

Bakıda keçirilən COP29 dünya mediasının gündəmində əsas müzakirə mövzularından biri kimi qalmaqda davam edir. Dünyanın bir sıra aparıcı media qurumlarının yayımladıqları materiallarda Azərbaycanın bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etməsi ilə yanaşı, ölkəmizin zəngin tarixi-mədəni irsi, iqtisadi potensialı, xalqımızın adət-ənənələri də geniş işıqlandırılır.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu iki nəşrində - “Telegraph” qəzetində və zəngin şərab kolleksiyaçıları üçün yayımlanan rüblük “The World of Fine Wine” jurnalında paytaxt Bakı, ölkəmizin zəngin milli mətbəxi, xüsusən də şərabçılıq ənənələri və məhsulları barədə məqalələr yayımlanıb.

Telegraph” qəzetində yayımlanan məqalə Bakı ilə Barselonanın müqayisəsinin aparılması ilə başlayır: “Kənara çəkil, Barselona – Bakı kafe mədəniyyəti, çimərlikləri və əla şərabı ilə gözlədiyinizdən daha artığını təklif edir”.

Yazıda Avropanın ən məşhur şəhərlərinin turistlər üçün cəlbediciliyi azaldıqca nisbətən uzaqda yerləşən şəhərlərə marağın artdığı diqqətə çatdırılıb. Müəllif Anna Selbi tarixi İpək Yolunun üzərində, Xəzərin sahilində yerləşən Bakı şəhərinin qədim İçərişəhər və buradakı karvansaraylar, təhlükəsiz küçələri, gözəl memarlıq abidələri, əla restoranları, asanlıqla gedilə bilən ətraf kəndləri, dəniz kənarı ilə turistlər üçün gözəl istirahət imkanı bəxş etdiyi vurğulanıb.

Məqalədə İçərişəhərdən ətraflı bəhs olunub, daş döşənmiş dar küçələr, kiçik həyətlər, UNESCO-nun Ümumdünya Mədəni İrs siyahısına salınan “memarlıq incisi” Şirvanşahlar sarayı, buradakı məqbərə, hamam, sərdabələr, qədim məscid və digər tarixi tikililər və Bakının rəmzi hesab olunan Qız qalası haqqında ətraflı söhbət açılıb.

Yazıda Azərbaycanın müstəqilliyinin bərpasından sonra Bakının daha da gözəlləşdiyi, tarixi binaların bərpa edildiyi, yeni müasir binaların inşa olunduğu, yenilənmiş Bakı bulvarının Parisi xatırlatdığı diqqətə çatdırılıb. Zərdüştiliyin rəmzi olan “Atəşgah” məbədinin özünəməxsus memarlıq üslubu ilə diqqəti cəlb etdiyi, “Alov qüllələri”nin Bakının gecə səmasına xüsusi rəng qatdığı vurğulanıb.

Məqalədə Azərbaycanda insanların Qərb tərzində geyindikləri, onların böyük əksəriyyətinin ingilis dilini yaxşı bildiyi qeyd olunub. Bundan başqa, Bakının əyləncəli gecə həyatından bəhs olunub, şəhərdəki əla restoran və barlarda qonaqlara yerli şərabların da təklif olunduğu bildirilib. Bu baxımdan “Mədrəsə”, “Bayanşirə”, “Xindoqnı” şərablarının yerli qiymətli üzüm sortlarından hazırlandığı xüsusilə diqqətə çatdırılıb. Qeyd edilib ki, SSRİ-nin son illərində Mixail Qorbaçovun qərarından sonra ölkədə tənəzzülə uğrayan şərabçılıq sənayesinin müstəqillik dövründə dirçəldilməsinə başlanılıb. Bakının mərkəzində, o cümlədən tarixi İçərişəhərdəki restoranlarda Azərbaycan şərablarının yeni növlərindən dadmaq, qeyri-adi şərab turları ilə Qafqazın ətəklərindəki şərab zavodlarına baş çəkmək mümkündür. Mənzərə - dərin meşələr, nar və fındıqlarla dolu bağlar, hətta sentyabr ayında belə qarla örtülmüş uca Qafqaz dağları heyrətamiz, şərablar isə əladır.

The World of Fine Wine” jurnalında dərc olunan məqalənin müəllifi, 60-dan çox beynəlxalq şərabçılıq müsabiqəsinin münsiflər heyətinin üzvü Pol Uayt Azərbaycanın qədim şərabçılıq ənənələrindən, yerli şərab məhsullarından, üzüm sortlarından ətraflı bəhs edib.

Məqalədə Azərbaycanda şərabçılığın tarixinin 4 min ildən çox olduğu, bu barədə eramızdan əvvəl VII əsrdə Herodotun, I əsrdə Strabonun əsərlərində məlumat verildiyi bildirilib. Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinə, o cümlədən xristian və yəhudi icmalarına qarşı göstərilən tolerantlığın bu ölkədə şərabçılıq ənənələrinin qorunub saxlanmasında və inkişafında özünəməxsus rol oynadığı qeyd olunub.

Yazıda xüsusilə 2000-ci illərdən etibarən ölkədə şərabçılıq sənayesinin dirçəldilməsinə və inkişafına xüsusi diqqət yetirildiyi, son bir neçə ildə bu istiqamətdə böyük inkişafa nail olunduğu vurğulanıb. Xüsusilə diqqətə çatdırılıb ki, burada inkişaf prosesi dəqiq və düşünülmüş şəkildə icra edilib, üzüm bağları, üzüm sortları torpağın və iqlimin xüsusiyyətlərinə görə diqqətlə seçilib. İnkişaf etməkdə olan daxili auditoriyanı, həm də geniş bazarları təmin etmək üçün ardıcıllığa, keyfiyyətə yüksək həssaslıqla diqqət yetirilməsi Azərbaycan şərabının şöhrət tapmasında mühüm rol oynayır.

Yazıda Azərbaycanın şərabçılıq sənayesində istifadə olunan üzüm sortları, onların xüsusiyyətləri, yetişdirilməsi qaydaları, şərabçılıq regionları haqqında ətraflı söhbət açılıb. Bu xüsusda Azərbaycanın üç ən iri şərab istehsalçısının Şamaxı rayonunda Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşdiyi vurğulanıb. Burada fransız və italyan sortları ilə yanaşı, “Savalan”, “Meysəri”, “Mədrəsə”, “Sədəf”, “İnnabı”, “Bayanşirə”, “Chabiant” və digər üzüm sortlarının yetişdirildiyi qeyd edilib, onların hər biri haqqında ətraflı məlumat verilib. Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda 350-400 yerli üzüm sortunun tədqiq edildiyi, ölkədə üzümçülüyün inkişafı məqsədilə yeni DNT fəaliyyətinin aparıldığı vurğulanıb. Qeyd edilib ki, şərab istehsalçıları yaxın vaxtlarda çoxlu sayda yeni yerli üzüm sortlarına sahib olacaqlar. Müəllif uzun fasilədən sonra 20 il əvvəl dirçəldilən Azərbaycan şərabçılığının özünü dünyanın ən yeni mərkəzlərindən biri kimi tanıtmağa başladığını xüsusi qeyd edib.

Məqalədə Azərbaycanda şərabçılıq turizminin də inkişaf etdiyi vurğulanaraq, Bakının kosmopolit şəhər olduğu, Barselona və İstanbul şəhərlərinin ruhunun burada vəhdət təşkil etdiyi, şəhərin qala divarlarının uzandığı Orta Əsrlər dövrünə aid mərkəzi hissəsinin yüksək səviyyədə bərpa olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, Bakı həm də Azərbaycanın şərab zavodlarını kəşf etmək üçün əla mərkəzdir. Çünki bu şərab zavodlarının əksəriyyəti Bakıdan avtomobillə bir-iki saatlıq məsafədə yerləşir. Onların hamısında yüksəkkeyfiyyətli milli yeməklərin və yerli məhsulların təqdim olunduğu əla restoranlar var.

Pol Uayt məqaləni bu sözlərlə yekunlaşdırıb: “Azərbaycanı və Azərbaycan şərabını daha yeni tanıdığım üçün oraya qayıtmağı çox istəyirəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see495

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see332

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see190

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see142

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri