Icma.az
close
up
RU
Britni Spirs və Dua Lipanın mahnılarının müəllifi qətlə yetirildi

Britni Spirs və Dua Lipanın mahnılarının müəllifi qətlə yetirildi

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Britni Spirs və Dua Lipa kimi məşhur ulduzlarla əməkdaşlıq edən tanınmış mahnı müəllifi Talay Rayli qətlə yetirilib. 35 yaşlı musiqiçinin cəsədi Böyük Britaniyanın paytaxtı Londondakı evində tapılıb.

Moderator.az xəbər verir ki, bu barədə "Standard" nəşri məlumat yayıb. Bildirilib ki, dəhşətli hadisə Londonun şərqindəki Silvertun bölgəsində qeydə alınıb. Xəbərə görə onun bədənində çox sayda bıçaq xəsarəti olub. Nəşr qeyd edib ki, əsl adı Mark Orobiyi olan Talay Rayli təkcə müğənni kimi deyil, həm də istedadlı bəstəkar kimi şöhrət qazanıb.

London polisi hadisəyə dərhal reaksiya verib və elə həmin gün qətldə əli olmaqda şübhəli bilinən üç nəfəri saxlayıb. Lakin sonradan saxlanılanlardan biri girov müqabilində buraxılıb, digər iki nəfər - bir kişi və bir qadın isə heç bir ittiham irəli sürülmədən azadlığa buraxılıb. Bildirilir ki, istintaq cinayətin şahidlərinin axtarışını davam etdirir.

Talay Raylinin yaradıcılıq yolu dünya musiqi sənayesi ilə sıx bağlı olub. Onun ən məşhur müəllif bəstəsi "Make You Mine" adlanır və onun işlədiyi mahnılar Aşer, Cessi Cey və Elli Qoldinq tərəfindən ifa olunub. Musiqiçi Britni Spirs və Dua Lipadan başqa İqqi Azaliya, Kreyq Devid və müğənni Zendaya ilə də işləməyə nail olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 İyun 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri