Mahsun Kırmızıgüldən mirasla bağlı sərt açıqlama “5 qəpik də qoymaram”
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Türkiyəli müğənni və aktyor Mahsun Kırmızıgül ailələrdə miras üstündə yaranan mübahisələrlə bağlı sərt fikirlər səsləndirib.
Bizim.Media xəbər verir ki, sənətçi əmlak bölgüsünün valideynlər sağ ikən aparılmasının tərəfdarı olduğunu bildirib.
Kırmızıgül atasının ölümünü gözləyərək miras almaq istəyən övladları tənqid edib:
“Bəzi övladlar var ki, ataları ölsün, miraslarını alsınlar deyə gözləyirlər. Mən belə övlada 5 qəpik də qoymaq istəmərəm. Allah hər kəsə vəfalı, mərhəmətli və xeyirli övladlar nəsib etsin”.
Sənətçi ailədaxili münaqişələrin bəzən övladların evlənməsindən sonra başladığını, xüsusilə gəlinlər arasında əmlakla bağlı rəqabətin yarandığını da vurğulayıb.
Kırmızıgülün sözlərinə görə, miras mübahisələrinin qarşısını almağın ən yaxşı yolu əmlak bölgüsünü ata sağ ikən həll etməkdir.
Qeyd edək ki, Mahsun Kırmızıgül 2022-ci ildə Ece Binaydan boşanarkən də əmlak bölgüsü ilə gündəmə gəlmişdi. Həmin vaxt mətbuatda onun əmlakının təxminən yarısını keçmiş həyat yoldaşına verdiyi iddia olunmuşdu. Bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 28 Noyabr 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















