“Broadcom” və “Apple” şirkətləri əməkdaşlığı 2031 ci ilə qədər uzadıblar
Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Broadcom” və “Apple” şirkətləri əməkdaşlığı 2031-ci ilə qədər uzadıblar.
Banco.az xəbər verir ki, çip istehsalçısı “Broadcom” xüsusi təyinatlı çiplərin hazırlanması və təchizatı üzrə “Apple” ilə həyata keçirdiyi əməkdaşlığın 2031-ci ilədək uzadılması barədə razılıq əldə olunduğunu açıqlayıb.
“Broadcom” ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi bildirişdə “Apple” ilə uzun illərdir davam edən texnologiya sahəsində əməkdaşlığın 2031-ci ilədək uzadılması barədə razılığa gəlindiyini bildirib.
SEC-ə təqdim olunan sənəddə qeyd edilib ki, “Broadcom” “Apple”ın gələcək nəsil bir çox məhsulunda istifadə olunacaq müxtəlif xüsusi təyinatlı tətbiqə uyğun inteqral sxem (ASIC) çiplərinin hazırlanması və təchizatı ilə bağlı yeni, uzunmüddətli müqavilələr imzalayıb.
“Apple” və “Broadcom” 2023-cü ildə ABŞ-da istehsal ediləcək komponentlərlə bağlı milyardlarla dollarlıq əməkdaşlıq sazişi imzaladıqlarını açıqlamışdılar.
Həmin razılaşmaya əsasən, “Broadcom” “Apple” üçün FBAR filtrləri də daxil olmaqla 5G radio tezliyi komponentlərini və qabaqcıl simsiz bağlantı texnologiyalarını inkişaf etdirəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 06 İyul 2026 23:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















