Icma.az
close
up
RU
Brüssel reallıqlardan geri qalır Bakı yeni həqiqətlər formalaşdırır

Brüssel reallıqlardan geri qalır Bakı yeni həqiqətlər formalaşdırır

Icma.az, Milli.az saytına istinadən bildirir.

Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış yeni "Strateji Gündəlik" sənədi qurumun Cənubi Qafqaza dair mövqeyini yenidən gündəmə gətirib. Sənəd ilk baxışda əməkdaşlıq çərçivəsinin genişləndirilməsi kimi təqdim olunsa da, onun məzmunu Aİ-nin regionda baş verən prosesləri adekvat şəkildə qiymətləndirməkdə çətinlik çəkdiyinin göstəricisidir.

ABŞ-nin yeni milli təhlükəsizlik sənədi Aİ-ni zəif təsir gücünə malik aktor kimi xarakterizə edir. Vaşinqtonun mesajları göstərir ki, Qərb mərkəzləri arasında prioritet nisbəti dəyişib və Brüssel geosiyasi çəkisini itirməkdədir.

Ukrayna müharibəsi Avropa İttifaqının qlobal təhlükəsizlik proseslərində real güc mərkəzi kimi çıxış etmək potensialının məhdud olduğunu nümayiş etdirdi. Aİ nə hərbi eskalasiyanı dayandırmaq, nə də sülh gündəmi yaratmaq istiqamətində effektiv vasitəçi rolunu oynaya bildi. Qurumun daxili korrupsiya qalmaqalları fonunda digər ölkələrə idarəçilik standartları təqdim etməsi isə öz legitimlik bazasına xələl gətirir. Brüsselin nüfuz itkisi Cənubi Qafqaz siyasətinə də birbaşa sirayət edir.

Aİ-Ermənistan sənədinin ən diqqətçəkən məqamlarından biri tarixdə qalmış münaqişə ilə bağlı köhnəlmiş narrativlərin olduğu kimi mətndə qalmasıdır. Bu, Aİ-nin regionda artıq bərqərar olmuş yeni siyasi-hüquqi reallıqları hələ də qəbul etmək istəmədiyini göstərir. Brüssel üçün Cənubi Qafqaz post-2020 dövründə dəyişmiş geosiyasi xəritə ilə deyil, illər əvvəlki yanaşmalarla assosiasiya olunur. Bu isə Avropa İttifaqının regiona dair strategiyasının aktual nəticə vermək imkanlarını minimuma endirir.

Sənəddə TRİP layihəsinə heç bir istinadın olmaması, Aİ-nin post-müharibə reallıqlarına söykənən yeni nəqliyyat və kommunikasiyalar məntiqini hələ də tanımaq istəmədiyini göstərir. Halbuki regionun gələcək ticarət və logistik inteqrasiyası məhz bu layihənin icrası ilə birbaşa əlaqəlidir. Layihənin reallaşması Aİ-nin mövqeyindən asılı deyil. Azərbaycan Zəngəzur dəhlizinin Naxçıvan hissəsini öz vəsaiti hesabına inşa etmək niyyətindədir və ölkə iri infrastruktur layihələrini rekord müddətdə həyata keçirməkdə təcrübəlidir.

Ermənistan ərazisində fəaliyyət göstərən, lakin mandat çərçivəsindən kənara çıxmaqda ittiham olunan EUMA missiyasının müddətinin yaxın zamanda başa çatacağı gözlənilir. Missiyanın fəaliyyəti sona çatdıqda Avropa İttifaqının regiondakı təsir imkanları daha da azalacaq. Brüsselin bölgədə real təsir alətləri onsuz da məhdud idi və missiyanın çıxışı vəziyyəti daha da zəiflədəcək.

Aİ-Ermənistan Strateji Sənədi Avropa İttifaqının Cənubi Qafqaza dair yanaşmasının ciddi şəkildə yenilənməyə ehtiyacı olduğunu göstərir. Brüssel regionda yaranmış yeni siyasi, iqtisadi və təhlükəsizlik reallıqlarını nəzərə almadıqca, onun təsir dairəsi daralmaqda davam edəcək. Mövcud sənəd isə Aİ-nin dəyişən proseslərdən geri qaldığını və Ermənistanla əməkdaşlıq xəttində daha çox simvolik məzmun təqdim etdiyini ortaya qoyur.

İslam
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Dekabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri