Icma.az
close
up
RU
Brüssel ümid edir ki, Meloni Trampı ABŞ Aİ sammitində iştirak etməyə inandıra bilib

Brüssel ümid edir ki, Meloni Trampı ABŞ Aİ sammitində iştirak etməyə inandıra bilib

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Aİ rəsmiləri ümid edirlər ki, İtaliyanın baş naziri Giorgia Meloni keçən həftə Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampı Aİ liderləri ilə sammit keçirməyə razı sala bilib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" (FT) öz mənbələrinə istinadən məlumat yayıb.

"İtalyan həmkarları Meloni ilə prezident Trampın görüşü barədə məlumatı bizimlə bölüşdülər", - deyə nəşr Aİ rəsmilərindən birinə istinadən bildirib və əlavə edib ki, müzakirə Trampın Avropaya potensial səfərindən, həmçinin Aİ-ABŞ sammiti ideyasından gedir.

Mənbələrin bildirdiyinə görə, Meloni daha əvvəl Avropa Şurasının prezidenti Antonio Kosta ilə oxşar görüşün təşkili imkanını müzakirə edib və o, bu ideyaya müsbət yanaşıb. Qəzet iddia edir ki, Avropa Komissiyasının rəsmiləri də planı dəstəkləyiblər.

"FT"nin məlumatına görə, Tramp və Meloni arasında ABŞ-da keçirilən görüşdə ABŞ və Aİ arasında mümkün ticarət razılaşmasından başqa bir neçə konkret nəticə əldə edilib.

Bundan əvvəl İtaliyanın baş naziri Amerika liderinin Romaya gəlmək dəvətini qəbul etdiyini bildirmişdi. Meloni qeyd edib ki, o, ABŞ və Aİ-nin iştirakı ilə sammit təşkil etmək istəyir. Bununla bağlı o, Vaşinqtonun üzərinə qoyduğu vəzifələrlə bağlı razılıq əldə etməyin mümkün olduğunu vurğulayıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Aprel 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri