Brüsseldə 21 etirazçı həbs edilib
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Brüsseldə (Belçika) polis ən azı 21 nəfəri həbs edib.
Moderator.az Belçika mediasına istinadən xəbər verir ki, bu barədə şəhər polisi sosial şəbəkələrdə məlumat yayıb.
"3 həbs inzibati, 18 həbs isə məhkəmə qaydasında həyata keçirilib. Sonuncu qrupda 13 yetkinlik yaşına çatmayan şəxs yer alır. Həbslərin sayı arta bilər", - məlumatda bildirilib.
Bundan başqa, etirazçılarla toqquşmalarda bir polis əməkdaşı xəsarət alıb, o, xəstəxanaya yerləşdirilib.
Bugünkü ümummilli nümayişdə 30-50 min insan iştirak edib.
Daha əvvəl polisin iğtişaş iştirakçılarına qarşı su şırnaqları və gözyaşardıcı qaz tətbiq etdiyi barədə məlumat verilmişdi.
Baxış sayı:118
Bu xəbər 09 Oktyabr 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















