Makqreqor ağır zədədən sonra məşqlərə başladı: “Mən qayıtdım”
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
UFC-nin iki çəki dərəcəsində keçmiş çempionu Konor Makqreqor ağır zədədən sonra məşqlərə qayıtdığını elan edib.
İdman.Biz xəbər verir ki, irlandiyalı döyüşçü sosial şəbəkə hesabında bərpa prosesi barədə məlumat verərək artıq idman zalında fiziki məşqlərinə başladığını açıqlayıb.
“Makqreqor qayıtdı! İdman zalında məşqlərə başlamışam. Ayaq pressi, dartma hərəkətləri edirəm, dizimi yükləyir və ciddi güc toplayıram. Dizim hazırdır, gücüm geri qayıdır, bədənim isə tam gücü ilə işləyir. Təlim-məşq düşərgəsinə hazırlaşıram. The Notorious geri dönür”, - deyə Makqreqor yazıb.
Xatırladaq ki, 38 yaşlı idmançı avqustun əvvəlində dizinin ön çarpaz bağından əməliyyat olunub.
O, iyulda beşillik fasilədən sonra ilk döyüşünü Maks Holloueyə qarşı keçirib. Qarşılaşmanın əvvəlində tullanaraq zərbə endirməyə çalışan Makqreqor uğursuz yerə enərək dizindən zədələnib.
Döyüş cəmi 69 saniyə davam edib. Hakim qarşılaşmanı dayandırıb və Hollouey texniki nokautla qalib elan olunub.
İrlandiyalı döyüşçü indi oktaqona qayıtmaq üçün hazırlığını davam etdirmək niyyətindədir. Lakin onun növbəti döyüşünün tarixi hələ açıqlanmayıb.
Baxış sayı:37
Bu xəbər 23 Noyabr 2026 23:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















