İstanbulda görülən heyvan şir deyilmiş KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Noyabrın 22-də axşam saatlarında İstanbulun Sarıyer rayonunun Uskumruköy məhəlləsindəki meşəlik ərazidə görülən heyvan dişi şir deyil”.
KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyinin yaydığı açıqlamada bildirilir.
Açıqlamada qeyd olunub ki, ərazidə aparılan axtarışlar zamanı şirin mövcudluğunu təsdiqləyən heç bir konkret sübut aşkarlanmayıb.
Görüntülərin araşdırılması nəticəsində kadrlardakı heyvanın şir və ya digər iri pişik növlərindən biri olmadığı qənaətinə gəlinib.
Valilik vurğulayıb ki, vətəndaşların təhlükəsizliyini nəzərə alaraq bu istiqamətdə daxil olan bütün məlumatlar diqqətlə araşdırılır və zəruri yoxlamalar aidiyyəti qurumlarla koordinasiyalı şəkildə həyata keçirilir. Yeni məlumat daxil olacağı təqdirdə məsələ yenidən qiymətləndiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 23 Noyabr 2026 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















