Icma.az
close
up
RU
Brüsseldə etimad böhranı və Münxen güzgüsü

Brüsseldə etimad böhranı və Münxen güzgüsü

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ–Aİ gərginliyində Azərbaycanın rasional mövqeyi

XXI əsrin ikinci rübünə doğru irəlilədikcə qlobal təhlükəsizlik arxitekturasının sarsıldığı, klassik alyans modellərinin yenidən düşünülməli olduğu bir mərhələyə qədəm qoyuruq.

Sözügedən transformasiyanın mərkəzində Transatlantik münasibətlər dayanır. ABŞ ilə Avropa İttifaqı arasında uzun illər “dəyərlər” üzərində qurulan münasibətlər artıq əvvəlki harmoniyasını itirib. Münxen Təhlükəsizlik Konfransı üçün hazırlanan son hesabat da bu reallığı təsdiqləyir. Hesabata görə, Avropa siyasi elitaları Ağ Evin siyasi xəttini liberal demokratik normalar üçün ciddi risk hesab edir. Əslində, bu yanaşma o qədər də təəccüb doğurmamalıdır. Tramp dövründə Vaşinqtonun “Öncə Amerika” doktrinası, NATO daxilində maliyyə öhdəliklərinə yönələn təzyiqlər, Avropanın təhlükəsizliyinin ABŞ üçün prioritet olmaya biləcəyi barədə açıq mesajlar Brüsseldə və Avropanın aparıcı paytaxtlarında dərin narahatlıq yaradıb. “Qoca qitə” artıq ABŞ-dan strateji asılılığın uzunmüddətli perspektivdə riskli olduğunu anlayır.

Münxen hesabatında diqqətçəkən tezislərdən biri Avropanın öz təhlükəsizliyini ABŞ-ın təmin etdiyi “təhlükəsizlik çətiri”ndən kənarda düşünməyə başlamasıdır. Görünür, strateji muxtariyyət anlayışı yenidən siyasi gündəmdir. İdeyanın əsas lokomotivi isə Fransadır. Paris hesab edir ki, Avropa nə Rusiya ilə qarşıdurmada, nə Çinlə iqtisadi rəqabətdə, nə də Yaxın Şərq və Qafqaz kimi həssas regionlarda ABŞ-ın prioritetlərinə kor-koranə bağlanmalıdır.
Buna baxmayaraq, Avropada müşahidə edilən oyanış daxili ziddiyyətlərlə müşayiət olunur. Şərqi Avropa ölkələri, xüsusən Polşa və Baltik dövlətləri ABŞ-ın təhlükəsizlik təminatını əvəzolunmaz hesab edirlər. Almaniya isə sözügedən məsələdə tərəddüdlü mövqedədir. Rəsmi Berlin bir tərəfdən Vaşinqtonla transatlantik bağların qorunmasını istəsə də, digər tərəfdən Avropanın daha müstəqil hərbi-siyasi aktora çevrilməsinin labüdlüyünü qəbul edir. Nəticədə Aİ daxilində vahid təhlükəsizlik ideyasının formalaşması prosesi ləngiyir.
Məsələ ilə bağlı ABŞ-ın NATO-dakı səfiri Metyu Uitakerin bəyanatı diqqət çəkir. O vurğulayıb ki, ABŞ hesabat müəlliflərinin iddia etdiyi kimi NATO-nu dağıtmaq və ya mövcud müttəfiqlikləri zəiflətmək niyyətində deyil. Məqsəd, sadəcə, NATO ölkələri arasında müdafiə yükünün daha balanslı bölüşdürülməsinə nail olmaq, Avropalı müttəfiqləri daha çox iş görməyə, bacarıqlı və güclü olmağa təşviq etməkdir. Onun sözlərinə görə, məhz bu güc sülhün təminatıdır: “Vaşinqton Avropa liderlərinin iddialarını rədd edir və ABŞ-ın NATO-ya, eləcə də transatlantik münasibətlərə sadiqliyini bir daha vurğulayır”.
Bəli, rəsmi mövqedən də göründüyü kimi, ABŞ Avropanın təhlükəsizliyini hələ də öz milli maraqlarının ayrılmaz hissəsi hesab edir. Ancaq burada əsas problem etimad böhranıdır. Avropa artıq rəsmi bəyanatlara güvənmək niyyətində deyil. Çünki siyasi xəttin administrasiyadan administrasiyaya dəyişə bilməsi kontinentdə strateji qeyri-müəyyənlik yaradır. Trampdan sonra gələn administrasiyaların mövqeyi daha yumşaq olsa belə, “ABŞ həmişə yanımızda olacaqmı?” sualı Avropanın siyasi şüurunda qalıcı yer tutub.
ABŞ–Aİ münasibətlərindəki çatlar qlobal təhlükəsizlik sisteminə birbaşa təsir göstərir. NATO-nun gələcəyi, Ukrayna müharibəsi, Yaxın Şərqdəki qeyri-sabitlik, Çinlə rəqabət kimi məsələlərdə koordinasiyanın zəifləməsi mövcud riskləri artırır. Bu halda, Münxen Təhlükəsizlik Konfransı artıq bu müzakirələrlə yanaşı, fikir ayrılıqlarının açıq şəkildə üzə çıxdığı güzgüyə çevrilir. Cari durum regional aktorlar üçün yeni imkanlar açır. Daha dəqiq desək, böyük güclər arasında balansın pozulması çevik diplomatiya yürüdən ölkələrə manevr imkanı verir.
Sevindirici haldır ki, Azərbaycan son dövrlər Konfransın aktiv iştirakçılarından birinə çevrilib. Prezident İlham Əliyevin bu konfranslara qatılması dövlətimizin beynəlxalq təhlükəsizlik arxitekturasında artan rolunun bariz göstəricisidir. Ölkə başçısı müxtəlif illərdə Münxen Təhlükəsizlik Konfransında iştirak edərək həm plenar iclaslarda, həm də ikitərəfli görüşlər çərçivəsində Azərbaycanın mövqeyini birbaşa beynəlxalq auditoriyaya çatdırıb.
Dövlətimizin başçısının tədbirdəki çıxışlarının fərqləndirici cəhətlərindən biri birbaşa debat formatında olmasıdır. Prezident İlham Əliyev beynəlxalq auditoriya qarşısında mürəkkəb və həssas məsələlərdə emosional ritorikadan uzaq, faktlara əsaslanan və prinsipial mövqe nümayiş etdirib. Məhz bu səbəbdən, rəsmi Bakı son illər qlobal və regional proseslərdə özünü dialoq yaradan aktor kimi təsdiqləyib.
Sonda bir məsələni də qeyd edək ki, ABŞ–Aİ arasında artan gərginliyə baxmayaraq, Azərbaycan hər iki tərəflə praqmatik və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı qoruyub saxlaya bilib. Ölkəmizin xarici siyasətinin əsas üstünlüyü ideoloji qütbləşmədən uzaq, milli maraqlara söykənən balans strategiyasıdır. Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın mövqeyi bu baxımdan rasional və realistik xəttin təcəssümü kimi dəyərləndirilə bilər.
Avropa üçün Azərbaycan etibarlı enerji tərəfdaşıdır, ABŞ üçün isə Cənubi Qafqazda sabitliyin qorunmasında mühüm regional aktordur. Bu, Bakıya unikal diplomatik mövqe qazandırır. Bakı regional təhlükəsizlik modelini kənar hərbi-siyasi bloklara inteqrasiya əvəzinə əməkdaşlıq və kommunikasiyaların açılması üzərindən qurmağı təklif edir. Bu yanaşma həm Avropanın, həm də Amerikanın maraqlarına cavab verir.

Yusif BAĞIRZADƏ,
politoloq
Bir neçə gün sonra işinə başlayacaq 62-ci Münxen Təhlükəsizlik Konfransı təbii olaraq qlobal təhlükəsizlik gündəminin əsas müzakirə platformalarından biri kimi diqqət mərkəzindədir. Xüsusilə son illər Transatlantik münasibətlərdə müşahidə olunan gərginlik fonunda konfrans Avropa İttifaqı ilə ABŞ arasında dialoq üçün imkanlar yaradır. Konfrans ərəfəsində Aİ liderlərinin ABŞ siyasətini tənqid edən hesabat hazırlaması isə tərəflər arasında fikir ayrılıqlarının aktuallığını qoruduğunu göstərir.
Münxen Təhlükəsizlik Konfransı uzun illərdir ki, Qərb dünyasında təhlükəsizlik, geosiyasət və strateji əməkdaşlıq məsələlərinin müzakirə olunduğu əsas platforma rolunu oynayır. Son dövrlər ABŞ-ın tərəfdaşlarla məsləhətləşmədən birtərəfli qərarlara üstünlük verməsi, Avropanın isə strateji muxtariyyət axtarışlarını gücləndirməsi Transatlantik münasibətlərdə etimad boşluğu yaradıb.
Belə bir mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın Münxen Təhlükəsizlik Konfransında fəal iştirakı və ölkə başçısı İlham Əliyevin çıxışları xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan artıq uzun müddətdir ki, bu konfransda təkcə regional deyil, qlobal mövzular üzrə mövqeyini açıq şəkildə ifadə edən aktordur. Prezident İlham Əliyevin Münxendə səsləndirdiyi fikirlər, xüsusilə enerji təhlükəsizliyi, regional sabitlik və beynəlxalq hüquq məsələlərinə dair yanaşmaları Qərb auditoriyasında diqqətlə qarşılanır.
Azərbaycanın fərqləndirici cəhəti ondan ibarətdir ki, ölkə eyni vaxtda həm Avropa İttifaqı, həm də ABŞ ilə praqmatik və qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmağa nail olub. Enerji sahəsində Avropa üçün etibarlı tərəfdaş olan Azərbaycan, eyni zamanda, ABŞ-la təhlükəsizlik və siyasi dialoq xəttini inkişaf etdirir. Bu balanslaşdırılmış və çoxvektorlu xarici siyasət modeli Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirən əsas amillərdən biridir.
Beləliklə, Azərbaycan qlobal güclər arasında gərginliyin azaldılmasında birbaşa aktor olmasa da, balanslı və praqmatik xarici siyasəti ilə dialoqa əsaslanan tərəfdaşlıq modelini nümayiş etdirir. Bu model gələcəkdə transatlantik münasibətlərin daha sağlam və qarşılıqlı etimada əsaslanan müstəviyə keçidi üçün dəyərli nümunə kimi qiymətləndirilə bilər.
Nəzrin ELDARQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Fevral 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri