Brüsseldə polis və fermerlər arasında toqquşma Avropa İttifaqının önü döyüş meydanı na çevrildi
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Hurriyyet.az xəbər verir ki, Belçikanın paytaxtı və Avropa birliyinin mərkəzi olan Brüsseldə fermerlər Avropa Parlamenti Liderlər Sammiti zamanı bina ətrafında etiraz aksiyası keçiriblər. Polis və fermerlər arasında qarşıdurma yaranıb, parlamentin ətrafı isə döyüş meydanını xatırladıb.
Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqı Liderlər Sammiti zamanı minlərlə fermer Cənub Ümumi Bazarı (MERCOSUR) ilə planlaşdırılan azad ticarət sazişinə və Birliyin gələcək büdcəsində kənd təsərrüfatı subsidiyalarının azaldılmasına etiraz ediblər. Fermerlər mümkün razılaşmanın onların dolanışıq mənbələrini təhlükə altına salacağından narahatdır və bu sazişin ifrat sağ qüvvələrə dəstək verə biləcəyi ilə bağlı daha geniş siyasi narahatlıqlar da mövcuddur.
Avropa Parlamentinin qarşısında yerləşən Lüksemburq Meydanında toplaşan fermerlər Avropa Parlementi ətrafı ilə yanaşı, Avropa İttifaqı Komissiyası və Avqropa İttifaqı Şurası binalarının önündən keçən Rue de la Loi küçəsinə və ətrafdakı yan küçələrə yüzlərlə traktoru park edərək, nəqliyyatın hərəkətini dayandırıblar.
Fermerlər Avropa Parlamenti binasına doğru kartof və yumurta atarkən, polis sərt müdaxilə edib. Üzərində “kənd təsərrüfatı” yazılmış tabutlar fermerlər tərəfindən yandırılıb.
Fermerlər Avropa İttifaqına üzv olan 27 ölkə liderinin iştirak etdiyi sammitin keçirildiyi binanın yaxınlığında polis barrikadaları ilə qarşılaşıblar. Bəzi fermerlərin Avropa İttifaqının ətrafındakı binalara, barrikadalara doğru fişəng atmasına cavab olaraq polis gözyaşardıcı qaz və güclü su sıxaraq qarşılıq verib.
Bəzi traktorların üzərində “Fermer yoxdursa, qida da yoxdur!”, “MERCOSUR ilə olan ittifaqı dayandırın!” yazılı plakatlar asılıb.
Fermerlər Avropa İttifaqının gələcək büdcəsində kənd təsərrüfatı xərclərinin azaldılmamasını, Argentina, Braziliya, Paraqvay və Uruqvayın üzv olduğu MERCOSUR ilə imzalanması planlaşdırılan ticarət sazişinin ləğv edilməsini və bürokratik prosedurların yüngülləşdirilməsini tələb ediblər.
Avropa İttifaqı ilə MERCOSUR-un beş aktiv üzvü olan Braziliya, Argentina, Uruqvay, Paraqvay və Boliviya arasında planlaşdırılan azad ticarət sazişidir. Növbəti 15 il ərzində iki blok arasında ticarət olunan, demək olar ki, bütün malları üzrə gömrük rüsumlarını mərhələli şəkildə ləğv edəcək.
25 ildir müzakirə edilən bu saziş təsdiqləndiyi təqdirdə 780 milyon nəfərlik bazarı və dünya ümumi daxili məhsulunun dörddə birini əhatə edəcək.
Etiraz aksiyaları və Avropa İttifaqı Liderlər Sammiti səbəbindən Brüsselin əsas yollarında nəqliyyat demək olar ki, tam dayanıb, şəhər üzrə ictimai nəqliyyatda isə ciddi problemlər yaşanıb.
NURAY
Share
Tweet
Email
Share
Share
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 19 Dekabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















