Icma.az
close
up
RU
BŞİH və “Regional İnkişaf” İctimai Birliyi arasında əməkdaşlığın 5 illiyi qeyd olundu Fotolar

BŞİH və “Regional İnkişaf” İctimai Birliyi arasında əməkdaşlığın 5 illiyi qeyd olundu Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Bakı Şəhər İcra Hakimiyyəti ilə “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumunun 5 illiyi münasibətilə dekabrın 22-də Bakı Şəhər İcra Hakimiyyətində tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri, eləcə də əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlərdə fəal olan könüllülər iştirak ediblər. Beş il ərzində görülən işlərin yekunlarına həsr olunmuş tədbirdə birgə fəaliyyətin nəticələri və gələcək perspektivlər müzakirə edilib.

Tədbirdəki çıxışlarda qeyd olunub ki, bu gün cənab Prezidentin çoxşaxəli siyasəti nəticəsində ölkəmiz bütün istiqamətlər üzrə sürətlə inkişaf edir və bu inkişaf qurumlar-arası birgə uğurlu əməkdaşlıqda da özünü göstərir. Bundan başqa tədbir iştirakçıları cənab Prezidenti fürsətdən istəfadə edib doğum günü münasibətilə təbrik edərək əldə olunan şanlı qələbələrə və uğurlara görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə, həmçinin “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin fəal iştirakının paytaxtda ictimai nəzarətin gücləndirilməsində və şəhər mühitinin daha səmərəli qorunmasında mühüm rol oynadığı vurğulanıb.

Daha sonra “Regional İnkişaf” İctimai Birliyinin 10 illik fəaliyyəti və 5 il ərzində Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə görülən işlərin yekunlarına dair videoçarx nümayiş olunub.

Tədbirin sonunda əməkdaşlıq dövründə xüsusi fəallığı ilə seçilən Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşlarına təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə “Regional İnkişaf” İctimai Birliyi arasında qurulmuş bu əməkdaşlıq modeli paytaxtın daha abad, təhlükəsiz və yaşıl şəhərə çevrilməsinə xidmət edir və gələcəkdə də birgə fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq memorandumu çərçivəsində ötən 5 il ərzində paytaxtda ictimai nəzarətin gücləndirilməsi, şəhər mühitinin qorunması, abadlıq və təmizlik sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Birgə fəaliyyət nəticəsində şəhərin müxtəlif ərazilərində monitorinqlər aparılıb, mövcud problemlər müəyyən olunaraq onların aradan qaldırılması üçün aidiyyəti qurumlarla koordinasiyalı işlər görülüb.

Birgə monitorinqlər əsasən küçə və prospektlərdə, yaşayış massivlərində, eləcə də park və yaşıllıq ərazilərində həyata keçirilib. Monitorinqlər nəticəsində şəhər infrastrukturunun yaxşılaşdırılması, səkilərin və yolların bərpası, park və yaşıllıq sahələrinin qorunması ilə bağlı konkret təkliflər hazırlanıb və icrası təmin olunub.

Xüsusilə yaşıllıqların mühafizəsi və bərpası istiqamətində görülən işlər çərçivəsində qurumuş və zədələnmiş ağaclar müəyyən edilərək onların əvəzinə yeni ağacların əkilməsi həyata keçirilib. “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə birgə keçirilən aksiyalar zamanı 100 mindən çox ağac əkilib və onlara aqrotexniki qulluq göstərilib.








Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri