Icma.az
close
up
RU
“Regional İnkişaf” İctimai Birliyi Xankəndidə gənclərlə görüş keçirib FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyi Xankəndidə gənclərlə görüş keçirib FOTOLAR

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən noyabrın 28-də Qarabağ Universitetində təhsil alan gənclərlə görüş keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüş iştirakçılarını salamlayan Qarabağ Universitetinin Tələbələrlə İş Mərkəzinin direktoru İradə Süleymanova Universitetin yaranmasının bir illiyi münasibətilə hər kəsi təbrik edib. İ.Süleymanova gənclərin könüllü fəaliyyətlərə qoşulmasının onların yeni bilik və bacarıqlara yiyələnməsi, eyni zamanda sosial sahədə uğur qazanmasına geniş imkanlar yaratdığını diqqətə çatdırıb.
Sonra “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, həmçinin elm, təhsil, sosial, idman, səhiyyə və digər sahələrdə həyata keçirdiyi layihələr barədə danışılıb, İctimai Birliyin fəaliyyətində könüllülərin rolu, onların fərdi inkişafı üçün görülən işlər haqqında təqdimat və müxtəlif tədbirlərdə iştiraklarını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə “Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsinin Xankəndi şəhəri üzrə nümayəndəsi Ceyhun Əzizov iştirakçılara təqdim edilib.
C.Əzizov çıxışında könüllülük fəaliyyətinin müasir gənclərin sosiallaşması və fərdi inkişafındakı əhəmiyyətindən, könüllü kimi əldə etdiyi təcrübələrin ona qazandırdığı uğurlardan danışıb, gənclərə bu istiqamətdə tövsiyələrini çatdırıb, onları tələbəlik illərini daha yaddaqalan və səmərəli keçirmək, asudə vaxtlarını dəyərləndirmək üçün könüllü olmağa dəvət edib.
Qeyd edək ki, Ceyhun Əzizov uzun müddət “Regional İnkişaf” İctimai Birliyinin könüllüsü olmuş, İctimai Birliyin bir sıra layihələrinin icrasında yaxından iştirak etmişdir. Hal-hazırda isə Qarabağ Universitetində müəllim kimi fəaliyyət göstərir.
Tədbirin davamında “Regional İnkişaf” İctimai Birliyinin könüllü sıralarına qoşulmaq istəyən gənclərlə fərdi görüşlər keçirilərək qeydiyyatları aparılıb.



















Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Noyabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri