Icma.az
close
up
RU
BŞİHnin son nəşri olan kitabının təqdimatı keçirilib

BŞİHnin son nəşri olan kitabının təqdimatı keçirilib

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Pirallahı Rayon İcra Hakimiyyətində Bakı Şəhəri İcra Hakimiyyəti və Azərbaycan Millli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi: Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirilib. SİA xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının rəhbərliyi, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir kitabın və Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən nəşr olunan digər əsərlərin sərgiləndiyi kitab sərgisi ilə öz işinə başladı. Daha sonra tədbir iştirakçılarına kitab haqqında hazırlanmış video-çarx nümayiş etdirildi.

Pirallahı RİH başçısı Vasif İmanov tədbiri giriş nitqi ilə açaraq bu gün təqdimatı keçirilən kitab həm tarixi, həm də mədəni baxımdan böyük əhəmiyyət kəsb etdiyini bildirdi.

Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin tarixinin gələcək nəsillərə ötürülməsi və xarici dairələrə təqdim olunması üçün mühüm bir addımdır. O, kitabın əhəmiyyətindən danışaraq, Bakı Şəhər İcra Hakimiyyətinin AMEA-nın Tarix İnstitutu ilə birgə hazırladığı, Vətən müharibəsinə həsr edilmiş əvvəlki kitabın davamı kimi nəşr edilən yeni kitabın 44 günlük müharibədən keçən dövr ərzində Azərbaycanda baş verən mühüm hadisələrə həsr olunduğunu bildirdi. RİH başçısı bildirdi ki, Prezident İlham Əliyev bu mübarizənin lideridir və onun zəngin dövlətçilik təcrübəsi, strateji baxışı, xalqla sıx münasibətləri və Qarabağ müharibəsindəki yüksək rəhbərlik bacarığı bu kitabın yaranmasında böyük bir ilham mənbəyi olub. Prezident İlham Əliyevin şəxsiyyəti və liderliyi, yalnız hərbi əməliyyatların qələbə ilə başa çatmasında deyil, həm də ölkənin beynəlxalq aləmdəki mövqeyinin gücləndirilməsində və daxili sabitliyin təmin olunmasında mühüm rol oynamışdır. Bu şəxsiyyətin həyat yolu, ölkəmizin müstəqil və güclü gələcəyinə gedən yolda bütün Azərbaycan xalqı üçün örnəkdir.

Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, 168 nömrəli tam orta məktəbin müəllimi Sevda Alxasova, Laçın rayon Müseyib Müseyibov adına Bozlu kənd tam orta məktəbinin direktoru Nuridə Əhmədova, Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin anası Çiçək Biləndərli, Ağsaqqallar Şurasının sədri Əli Kərimov kitabın yazılmasında əməyi keçən bütün şəxslərə təşəkkür edərək, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı İlham Əliyev cənablarının rolunun əvəzsiz olduğunu vurğulayıblar. Çıxışçılar yeni çap edilən kitabın əhəmiyyətini qeyd edərək bu nəşrin müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə edilən nailiyyətlərin təhlili və gələcək nəsillərə düzgün çatdırılmasının geniş təbliğində mühüm rol oynayacağını vurğulamışlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Dekabr 2024 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see257

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see224

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see215

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see202

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see196

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see194

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see193

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see192

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see189

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see189

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see187

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see185

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see182

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see178

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see177

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see175

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see171

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see168

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see168

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri