BŞTİ nin tabeliyindəki 51 təhsil müəssisəsində təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 23 iyun, AZƏRTAC
2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 51 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, bu qurumun tabeliyindəki 4 məktəbin (57, 68, 141, 151) sökülərək yenidən tikintisi, 1 məktəbdə (313) əsaslı təmir və əlavə korusun tikintisi, 4 təhsil müəssisəsində (59 və 324 nömrəli məktəblər, 328 nömrəli uşaq bağçası və Eşitmə qabiliyyəti pozulmuş uşaqların respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası) əsaslı təmir işləri davam edir.
Bundan əlavə, zəruri olan ərazilərdə 4 yeni məktəb (Kürdəxanı qəsəbəsi 304 nömrəli məktəb-lisey, Xocasən qəsəbəsi 333 nömrəli tam orta məktəb, Ramana qəsəbəsi 337 və 338 nömrəli tam orta məktəblər) və 2 yeni məktəbəqədər təhsil müəssisəsi (Xocəsən qəsəbəsi 348 nömrəli uşaq bağçası və Maştağa qəsəbəsi 349 nömrəli körpələr evi-uşaq bağçası) istifadəyə verilib.
Həmçinin 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 286, A. Məmmədov adına) əsaslı təmirdən sonra fəaliyyətə başlayıb. Eyni zamanda, 1 uşaq bağçasında (101) təmir-bərpa işləri yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 23 İyun 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















