Icma.az
close
up
RU
Valideyn konfranslarına başlanılıb

Valideyn konfranslarına başlanılıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 23 aprel, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrini əhatə edən Valideyn konfranslarına start verilib.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində ilk görüşlər Nəsimi və Nərimanov rayonları üzrə təşkil olunub.

BŞTİ-nin müdir müavini Fəttah Fəttayev ənənəvi xarakter alan konfransların əhəmiyyətindən, valideynlərin təhsil prosesində fəal iştirakının vacibliyindən danışıb, belə tədbirlərin məktəb-ailə əməkdaşlığına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib. Qeyd edib ki, valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində fəal iştirakı məktəb ilə ailə arasında qarşılıqlı etimadı möhkəmləndirərək daha sağlam və dəstəkləyici təhsil mühitinin formalaşmasına şərait yaradır.

Valideyn konfranslarının məktəb-icma əməkdaşlığının daha da genişləndirilməsi işinə verəcəyi töhfələrdən danışan Təhsilalanlarla iş sektorunun müdiri Pərvin Quliyeva bildirib ki, bu platforma tərəflər arasında açıq dialoqu genişləndirir və birgə təşəbbüslərin yaranmasına şərait yaradır. Burada aparılan müzakirələr əməkdaşlığın daha sistemli və davamlı şəkildə qurulmasını təmin edir.

“Tədris motivasiyası və öyrənməyə marağın artırılması” və “Süni intellektdən istifadə və kibertəhlükəsizlik” mövzusunda təqdimatlarla çıxış edən psixoloq Aysel Novruzova uşaqlarda daxili motivasiyanın formalaşdırılmasının onların uzunmüddətli uğurunun əsasını təşkil etdiyini söyləyib. Psixoloq valideyn və müəllimlərin dəstəkləyici yanaşmasının öyrənmə prosesinə marağı artırdığını və uşaqlarda özünəinamı gücləndirdiyini vurğulayıb. Rəqəmsal mühitdə uşaqların təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasını günümüzün əsas prioritetlərindən olduğunu deyən A.Novruzova bildirib ki, valideynlərin bu sahədə maarifləndirilməsi uşaqların virtual risklərdən qorunmasında mühüm rol oynayır.

Daha sonra iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşağın hərtərəfli inkişafını təmin etmək, həmçinin təlim-tərbiyə prosesində valideynin iştirakının davamlı, sistemli və məqsədyönlü şəkildə təşviq olunmasından ibarətdir.

Xatırladaq ki, 2025-ci ildən etibarən təşkil olunan Valideyn konfransları paytaxtın inzibati rayonları üzrə bütün ümumi təhsil məktəblərini əhatə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see444

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see299

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see233

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see217

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see215

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see211

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see210

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see187

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see168

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see167

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see165

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see163

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see160

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri