BŞTİ təhsil müəssisələrinin rəhbərləri üçün təlim təşkil edib
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Praktik kommunikasiya bacarıqları” mövzusunda təlim keçirilib.
İdarədən XQ-yə bildirilib ki, ikigünlük təlimlərdə ümumi təhsil məktəblərinin direktorları və məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak ediblər.
Təlimdə BŞTİ-nin İnsan resursları sektorunun müdiri Aygün Bayramova “Praktik kommunikasiya bacarıqları” mövzusunda təqdimatla çıxış edib.
Həmçinin təlim zamanı kommunikasiya anlayışı, sözsüz ünsiyyət, səs tonu və bədən dili, kommunikasiyanın funksiyaları, effektiv ünsiyyətə mane olan amillər, kommunikasiya istiqamətləri, mesaj və vasitə uyğunluğu, müasir kommunikasiya problemləri, eləcə də təşkilati kommunikasiya ilə bağlı məsələlər müzakirə olunub. İştirakçılar effektiv ünsiyyətin idarəetmə prosesindəki əhəmiyyəti barədə məlumatlandırılıb.
Təlim çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 11 İyun 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















