Icma.az
close
up
RU
BSU da məktəb direktorları üçün “İnklüziv və adaptiv təhsil” mövzusunda peşəkar inkişaf təlimi keçirilib

BSU da məktəb direktorları üçün “İnklüziv və adaptiv təhsil” mövzusunda peşəkar inkişaf təlimi keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 10 sentyabr, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) ümumtəhsil müəssisələrinin rəhbərləri üçün “İnklüziv və adaptiv təhsil” mövzusunda peşəkar inkişaf təlimi təşkil olunub.

BSU-dan AZƏRTAC-a bildirilib ki, təlimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 15 ümumtəhsil müəssisəsinin, o cümlədən bir xüsusi internat məktəbinin direktorları iştirak ediblər.

Təlimin ilk günündə BSU-nun rektoru Anar Nağıyev iştirakçılarla görüşərək onların gözləntiləri ilə maraqlanıb, inklüziv təhsilin əhəmiyyətini vurğulayıb.

Proqram dörd modul üzrə həyata keçirilib:

I gün – Modul I: “İnklüziv və adaptiv təhsil yanaşmaları”

Təlimçi: Lamiə Hacımuradova, inklüziv təhsil üzrə ekspert.

Məqsəd: Direktorların inklüziv məktəb modelinin qurulması, adaptiv təhsil mühitinin təşkili və fərdi ehtiyaclara uyğun təhsil sistemlərinin idarə olunması üzrə strateji bacarıqlarının inkişafı.

II gün – Modul III: “İdarəetmə psixologiyası”

Təlimçi: Fatimə Abıyeva, BSU-nun İnklüziv və adaptiv təhsil kafedrasının müəllimi.

Məqsəd: Effektiv rəhbərlik və sağlam psixoloji mühitin formalaşdırılması istiqamətində idarəetmə psixologiyasının əsaslarının öyrədilməsi.

III gün – Modul II: “Fərdi Tədris Planı: rəhbərlik və məktəbdaxili koordinasiya baxımından yanaşma”

Təlimçi: Milana Həsənova, Birgə və Sağlam İctimai Birliyinin Autizm Mərkəzinin baş mütəxəssisi.

Məqsəd: Fərdi Tədris Planlarının hazırlanması və icrasında məktəb rəhbərlərinin koordinasiya və resursların idarə olunması bacarıqlarının gücləndirilməsi.

IV gün – Modul IV: “İnklüziv və adaptiv təhsilin təşkilində əməkdaşlıq və şəbəkələşmənin idarə olunması”

Təlimçi: Arzu Məmmədova, BSU-nun İnklüziv və adaptiv təhsil kafedrasının müdiri.

Məqsəd: Məktəb rəhbərlərinin müəllimlər, valideynlər, dəstək heyəti və dövlət qurumları ilə səmərəli əməkdaşlıq qurmaq bacarığının inkişaf etdirilməsi.

Təlim müddətində iştirakçılar üçün 30 saatlıq (1 kreditlik) peşəkar inkişaf proqramı təqdim olunub. Hər modul üzrə diaqnostik qiymətləndirmə aparılıb, yekunda isə reflektiv qiymətləndirmə vasitəsilə proqramın effektivliyi və şəxsi öyrənmə təcrübələri dəyərləndirilib.

BSU-nun təşkil etdiyi bu təlim məktəb direktorlarının inklüziv və adaptiv təhsilin idarə olunması sahəsində nəzəri və praktik biliklərinin artırılmasına, eləcə də müasir idarəçilik bacarıqlarının inkişafına mühüm töhfə verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri